“AZƏRREYL”İN AVROPA ÇEMPİONLAR LİQASINDAKI İLK OYUNU TÜRKİYƏNİN “VAKİFBANK” KLUBU İLƏ OLACAQDIR
Qitənin 12 ən güclü komandasının iki yarımqrupda mübarizə aparacağı bu mötəbər yarışda Azərbaycanın idman şərəfini ölkə çempionu “Azərreyl” klubu qoruyacaqdır. Baş məşqçi Faiq Qarayevin yetirmələrinin ilk görüşü oktyabrın 18-də Bakı İdman Sarayında Türkiyə çempionu “Vakifbank” klubu ilə olacaqdır. Komandaların cavab oyunu isə 2006-cı il yanvarın 17-də İstanbulda keçiriləcəkdir.
“B” qrupunda təmsil olunan “Azərreyl” oktyabrın 25-də İtaliyanın “Pallavolo Sirio”, noyabrın 30-da İspaniyanın “Tenerife”, dekabrın 15-də Polşanın “Kalisiya”, 2006-cı il yanvarın 3-də isə Xorvatiyanın “Mladost” komandalarını Bakıda qəbul edəcəkdir. Hazırda komandamız Azərbaycan Voleybol Federasiyasının idman bazasında təlim-məşq toplanışında iştirak edir.
“A” qrupunda isə “Uraloçka” (Rusiya), “Foppapedreti” (İtaliya), “Eczaçıbaşı” (Türkiyə), “Kat” (Portuqaliya), “Kann” (Fransa) və “Otel Kantur” (İspaniya) komandaları yarışacaqlar. Hər qrupda ilk üç yeri tutan komandalar play-off mərhələsinə vəsiqə qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]