“Azərsu” ASC “Ümumrespublika yaşıllaşdırma” marafonuna qoşulub
Bakı, 29 noyabr, AZƏRTAC
İDEA İctimai Birliyinin təşəbbüsü ilə reallaşan “Ümumrespublika yaşıllaşdırma” marafonuna “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) kollektivi də qoşulub. Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə noyabrın 29-da Hövsan Aerasiya Stansiyasında ağacəkmə aksiyası keçirilib.
ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Hövsan Aerasiya Stansiyasının ərazisində təşkil olunan ağacəkmə aksiyasında 400 zeytun, 400 Eldar şamı tingi əkilib, ərazidəki yaşıllıqlara aqrotexniki qulluq göstərilib, abadlıq işləri aparılıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilir. Bu qəbildən olan “Ümumrespublika yaşıllaşdırma” marafonu ekoloji tarazlığın bərpasına, ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin gücləndirilməsinə töhfələr verməkdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]