Azərbaycan Dövlət İnformasiya Agentliyi

AzərTAc Azərbaycan həqiqətlərini dünyaya tanıdır

Bakı, 2 may (AZƏRTAC). Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) ölkəmizin xaricdə daha geniş şəkildə tanıdılması üçün daha bir layihəni reallaşdırdı. Bu dəfə agentlik Finlandiya-Azərbaycan Assosiasiyası ilə birgə Helsinkidə geniş tədbirlər həyata keçirdi.

Xatırlatmaq yerinə düşərdi ki, ötən ilin dekabrında AZƏRTAC Azərbaycan-İsveç Federasiyası ilə birgə Stokholmda respublikamızın mədəniyyəti, tarixi, incəsənəti, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı kitabların sərgisini təşkil etmişdi. Bu kitablar Stokholm Mərkəzi Kitabxanasına təqdim edilmişdi. O zaman həyata keçirilən tədbirlər, görüşlər həm Azərbaycan, həm də İsveç mətbuatında geniş işıqlandırılmışdı.

Bu dəfə isə Finlandiyada keçirilmiş tədbirlər öz əhəmiyyəti və miqyası ilə yadda qaldı. AZƏRTAC və Finlandiya-Azərbaycan Assosiasiyası Helsinkidə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbir təşkil etdilər. Tədbirə Finlandiyada yaşayan azərbaycanlılar, türklər, həmçinin finlər qatılmışdılar. Çıxış edənlər Zərifə xanım Əliyevanın həyatından, onun alim kimi fəaliyyətindən danışdılar. AZƏRTAC-ın onun haqqında hazırladığı videoçarx isə bu insanın həyatına marağı daha da artırdı. Tədbirdən sonra finlərin Zərifə xanım haqqında çoxlu suallar verməsi də bunu sübut edirdi. Bu həm də finlərin Azərbaycana, ölkəmizin tanınmış şəxsiyyətlərinə olan marağından qaynaqlanırdı.

Tədbirdən sonra iştirakçılar AZƏRTAC-ın fotolarından ibarət sərgi və Bakıdan gətirilmiş kitablarla tanış oldular. Fotolarda və kitablarda müasir Bakı, İçərişəhər, regionlarımızın təbiət mənzərələri, tarixi abidələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında məlumatlar əks olunmuşdu.

Bir çox digər Avropa ölkələri ilə müqayisədə Finlandiyada azərbaycanlıların sayı elə də çox deyil. Buna baxmayaraq, soydaşlarımız vətənləri ilə bağlı bütün əlamətdar hadisələri qeyd edir, finləri ölkəmizin reallıqları haqqında məlumatlandırırlar. Finlandiya-Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlının sözlərinə görə, təşkilat Azərbaycanın Finlandiyada tanıdılması üçün indiyədək bir çox tədbirlər həyata keçirmişdir: “Assosiasiya mütəmadi olaraq Azərbaycanın milli bayramları ilə bağlı tədbirlər təşkil edir, Xocalı soyqırımı, Qarabağ həqiqətləri haqqında məlumatlar yayır. Finlandiya qanunları milli azlıqlara öz mədəniyyətlərini yaymağa, tədbirlər keçirməyə şərait yaradır. Biz də ölkəmizlə bağlı həm burada yaşayan azərbaycanlıların, həm də finlərin iştirakı ilə müntəzəm tədbirlər keçiririk”.

Vasif Muradlı qeyd etdi ki, indiki dövrlə müqayisədə əvvəllər Finlandiya cəmiyyətində Azərbaycan haqqında bir o qədər geniş təsəvvür yox idi: “İlk dəfə biz Bakı haqqında şəkillər təqdim edəndə finlər deyirdilər ki, biz elə bilirdik ki, Azərbaycan geridə qalmış müsəlman ölkəsidir. Amma indi görürük ki, sizin ölkə zəngin mədəniyyəti, tarixi, təbiəti olan diyardır”.

Helsinkidə olduğumuz müddətdə Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Eeri Lehti ilə də görüşdük. Deputatla görüşümüz elə parlamentin binasında baş tutdu. Azərbaycanla yaxından tanış olan bir fin kimi E.Lehti ölkəmizin getdikcə gücləndiyini və düzgün istiqamətdə inkişaf etdiyini dedi. Bizimlə söhbətində o, Azərbaycan həqiqətləri ilə bağlı Finlandiyada iş aparmağın vacibliyini də vurğuladı: “Finlandiya cəmiyyətini Azərbaycan haqqında məlumatlandırmaq lazımdır. Bunu media, parlament vasitəsilə etmək mümkündür”.

Söhbət zamanı ötən ilin noyabrında Helsinki parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan dinləmələrdən də danışdıq. E.Lehtinin sözlərinə görə, məhz bu cür müzakirələr Azərbaycan reallıqlarının Finlandiya cəmiyyətinə çatdırılmasında böyük rol oynayır.

Qarşılaşdığımız maraqlı məqamlardan biri də Finlandiya məktəblərində Azərbaycan dilinin tədris proqramlarına salınması oldu. Müqayisə üçün demək olar ki, İsveçdə Azərbaycan dili yalnız əsas dərslərdən kənar tədris oluna bilər. Milli azlıqların dili tədris proqramına daxil edilmir. Finlandiyada fəaliyyət göstərən Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay artıq bir neçə ildir ki, Helsinki məktəblərində azərbaycanlı uşaqlara ana dili dərsi keçir. Onun sözlərinə görə, Azərbaycan dili elə uşaqların təhsil aldığı məktəblərdə tədris olunur: “Uşaqlar digər fənlərdən olduğu kimi Azərbaycan dilindən də imtahan olunurlar və onların qiymətləri ilin nəticələrində nəzərə alınır. Finlandiya qanunlarına görə, əgər məktəblərdə milli azlıqlar öz ana dillərini öyrənmək istəyirlərsə, məktəb rəhbərliyi buna mütləq şərait yaradır. Düzdür, qruplarda azərbaycanlı uşaqlar azdır və bu, ümumən Finlandiyada azərbaycanlıların az olması ilə bağlıdır, amma artıq ana dilimiz Helsinkinin bir neçə məktəbinin proqramına daxil edilib”.

Arzu Oqtay Finlandiyada diplomların tanınması üzrə prosedurların da mürəkkəb olduğunu dedi. Onun sözlərinə görə, bu səbəbdən bir sıra ali təhsilli azərbaycanlı müəllimlər məktəblərdə işə düzəlməkdə çətinliklərlə üzləşirlər. “Diplomun tanınması prosesi bəzən bir ilə qədər vaxt aparır. Burada diplom tanınmadıqda məcburən yenidən ya kollec, ya da universitet təhsili almaq lazım gəlir. Bu isə yenidən bir neçə il vaxt aparır”, - deyə o bildirdi.

Hər hansı ölkə haqqında məlumatların yayılmasında kitablar, disklər, məlumat-sorğu nəşrlərinin yayılması vacib amillərdən biridir. Belə vasitələr aktual və etibarlı mənbə kimi qəbul olunur. AZƏRTAC-ın reallaşdırdığı bu layihələrinin məqsədi də məhz belə kitablar, müxtəlif çap məhsulları vasitəsilə xarici ölkələrdə Azərbaycan haqqında məlumat bazası yaratmaqdır. Helsinkiyə apardığımız bu vasitələr həm Heydər Əliyev Fondunun, həm Mədəniyyət və Turizm Nazirliyinin, həm də AZƏRTAC-ın özünün çap etdirdiyi kitablar və disklərdən ibarət idi.

Finlandiyada həyata keçirilən tədbirlər çərçivəsində FAA ilə birlikdə Helsinki Mərkəzi Kitabxanasına Azərbaycanın mədəniyyəti, tarixi, musiqisi haqqında kitablar, albomlar təqdim etdik. Kitabxananın xarici dillərdə ədəbiyyat bölməsinin əməkdaşı Antti Makinen bu kitabların tezliklə fonda daxil ediləcəyini və kitab rəflərinə çıxarılacağını bildirdi. Fondda artıq Azərbaycan haqqında bir çox kitablar toplanıb. Bura ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan nağılları, Çingiz Abdullayevin və digər yazıçılarımızın müxtəlif dillərdə nəşr olunmuş əsərləri daxildir. Qeyd edək ki, Azərbaycan haqqında kitablara maraq az deyildir. Belə ki, biz kitabxanada olduğumuz zaman kataloqda adları olan bir sıra kitabları rəflərdə görmədik. Səbəbini soruşduqda isə bu kitabların oxucular tərəfindən götürüldüyü bildirildi. Əlbəttə, bu sahədə iş davam etdirilməlidir. Çünki Helsinki kitabxanasının qaydalarına görə, nəşrlər daim fondda qalmır, tələbat azaldıqca, onlar fonddan çıxarılır. Buna görə də belə kitabların daim rəflərdə olması üçün kitabxanaya yeni kitablar təqdim edilməlidir.

Əlbəttə, bu işdə qarşıya problemlər də çıxır. Məsələn, kitabxana əməkdaşı münaqişələr haqqında kitabların qəbul edilmədiyini bildirirdi. Lakin elektron kataloqda bir erməni müəllifin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında nəşrinə rast gəldik. Səbəbini xəbər aldıqda isə suallarımıza dolğun cavab tapa bilmədik.

Hamıya məlumdur ki, işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad edilməsi, erməni yalanlarının ifşası, Azərbaycan reallıqlarının dünyada təbliği istiqamətində son illər mühüm addımlar atılıb. Dünyanın müxtəlif ölkələrində məskunlaşan azərbaycanlıların adət-ənənələrimizin yaşadılması, milli mənəvi dəyərlərimizin qorunub saxlanılması, Qarabağ həqiqətlərinin, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər göstərir ki, qısa müddətdə bu sahədə uzun bir yol qət edilib. Bu sahədə əldə edilən uğurlar isə təbii ki, Azərbaycan dövlətinin maddi və mənəvi dəstəyi sayəsində mümkün olub. Bizim üçün xoşdur ki, bu istiqamətdə görülən işlərdə agentliyimizin də xidmətləri kifayət qədərdir.

AZƏRTAC bu layihələri həyata keçirməklə həm ölkəmizin xaricdə tanıdılması işinə töhfə verir, həm də öz resursları ilə bu haqda informasiya yayımını təmin edir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycanın dünya ictimaiyyətinə daha yaxından tanıdılmasıdır ki, agentlik bu işdə fəal çalışır və bundan sonra da belə layihələrini davam etdirəcəkdir.

Aygün Həsənova

Elşən Şahbalayev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib