AzərTAc “Ekologiyanın Dostu” Milli Mükafatı ilə təltif olunmuşdur
Bakı, 24 dekabr (AZƏRTAC). Dekabrın 23-də “EKO-2010” Gənclər Koalisiyasının təşkil etdiyi “Ekologiyanın dostları” və “Ekologiyanın düşmənləri” Milli Mükafatlarının təqdimat mərasimi keçirilmişdir.
Ölkə ərazisində bütün sahələr üzrə keçirilən sorğu və monitorinqlər nəticəsində, ekologiya sahəsini geniş işıqlandırdığına görə Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) “Ekologiyanın dostu” milli mükafatına layiq görülmüşdür. AZƏRTAC-la yanaşı “Ekologiyanın dostu” mükafatına, həmçinin dövlət nümayəndələri, millət vəkilləri, elm xadimləri və KİV nümayəndələri layiq görülmüşlər.
Koalisiyanın yaradılmasında əsas məqsəd ayrı-ayrı dövlət, qeyri-hökumət təşkilatlarını, gənclər təşkilatlarını, kütləvi informasiya vasitələrini, ümumiyyətlə, müvafiq təsir imkanları olan hüquqi və fiziki şəxsləri ekoloji problemlərin həllinə yönəlmiş layihələrin həyata keçirilməsinə cəlb etmək, əhali arasında maarifləndirmə tədbirləri və aksiyaları təşkil etmək olmuşdur.
Koalisiya tədbirlər proqramında nəzərdə tutduğu layihələrin bir çoxunu artıq uğurla həyata keçirmişdir.
######
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.07.2025 [14:59]
Naxçıvanda növbəti “SUVAR” aksiyası keçirilib
- 08.07.2025 [13:12]
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 08.07.2025 [10:39]
Yağıntı və külək davam edir – FAKTİKİ HAVA
- 07.07.2025 [17:27]
Leysan olacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
- 07.07.2025 [13:12]
Sabah hava əsasən yağmursuz keçəcək
- 04.07.2025 [19:37]