İQTİSADİYYAT
“Azgüntex” zavodunda soyuducu motoroller və avtosoyuducu yarımqoşqunun istehsalı aparılır
![“Azgüntex” zavodunda soyuducu motoroller və avtosoyuducu yarımqoşqunun istehsalı aparılır](/files/2018/1/1200x630/15173191865563553191_1200x630.jpg)
Bakı, 30 yanvar, AZƏRTAC
“Azgüntex” MMC-nin Günəş Modulları zavodunda soyuducu motoroller və avtosoyuducu yarımqoşqunun nümunəvi istehsalı aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir.
Bildirilir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) tabeliyində fəaliyyət göstərən “Azalternativenerji” MMC-nin mütəxəssislərinin texniki dəstəyi əsasında 2017-ci ildə “Azgüntex” MMC-nin Günəş Modulları zavodunda soyuducu motoroller və avtosoyuducu yarımqoşqunun nümunəvi istehsalına başlanılıb. Bundan başqa, “Azgüntex” MMC-nin Günəş Modulları zavodunda günəş və günəş-külək enerjisi əsasında işləyən yeni işıq dirəklərinin istehsalı da həyata keçirilir.