“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
Bakı, 21 sentyabr, AZƏRTAC
“Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti bu gün Bakı Kitab Mərkəzinin qonağı olub.
Kitab Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Lev Spivakın başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Mərkəzin müxtəlif guşələri ilə tanış olublar.
Lev Spivak Bakı Kitab Mərkəzinə İsraildə yaşayan Azərbaycan əsilli şair Mixail Salmanın “Azərbaycana aşiq” kitabını və rus dilində yəhudi ədəbiyyatının seçilmiş nümunələrindən ibarət audiokitabı hədiyyə edib və “Qonaq kitabı”na ürək sözlərini yazıb.