AzMİU THE “Impact Rankings 2025”də mövqeyini gücləndirib
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2025-ci il üçün “Times Higher Education” (THE) “Impact Rankings” beynəlxalq reytinqində əldə etdiyi nəticələr açıqlanıb. AzMİU BMT-nin Davamlı İnkişaf Məqsədləri (SDG) çərçivəsində qlobal ali təhsil müəssisələri arasında mövqeyini daha da möhkəmləndirib.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib.
2025-ci ildə AzMİU “Keyfiyyətli təhsil” (SDG 4) sahəsində əhəmiyyətli irəliləyişə nail olaraq balını 27.5-dən 42.3-ə yüksəldib və dünya universitetləri arasında mövqeyini qoruyub. Bununla yanaşı, universitet “Təmiz su və sanitariya” (SDG 6) və “Dayanıqlı şəhərlər və cəmiyyətlər” (SDG 11) üzrə ilk dəfə reytinqə daxil olub.
“Layiqli əmək və iqtisadi artım” (SDG 8) istiqamətində isə AzMİU əvvəlki göstəricilərini daha da yaxşılaşdırıb. Eyni zamanda, “Partnyorluq və məqsədlər” (SDG 17) sahəsində tam hesabatlılıqla – 100 faiz göstərici ilə böyük nailiyyət əldə edib.
Bu nəticələr universitetin davamlı inkişaf, sosial məsuliyyət və cəmiyyətə töhfə istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin göstəricisidir.
AzMİU gələcəkdə gender bərabərliyi, innovasiya və ekoloji davamlılıq sahələrində strateji inkişaf planlarını genişləndirərək, beynəlxalq arenada nüfuzunu daha da yüksəltməyi qarşısına məqsəd qoyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]