AZPROMO: Avstriya və BƏƏ şirkətləri ilə kənd təsərrüfatı sahəsinə investisiyaların cəlbi üçün danışıqlar aparılır
Bakı, 6 may, AZƏRTAC
Kənd təsərrüfatı sahəsinə xarici investisiyaların cəlb edilməsi məqsədilə Avstriya və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri ilə müzakirələr aparılır.
AZƏRTAC xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev V Aqrobiznesin İnkişafı Forumu çərçivəsində keçirilən panel müzakirələrdə çıxışı zamanı deyib.
“Hazırda kənd təsərrüfatı və aqrobiznes sahələrinə xarici investisiyaların cəlb edilməsi üçün Avstriya və Birləşmiş Ərəb Əmirliklərindən olan investorlarla danışıqlar aparılır. İsveçrənin “I Squared” şirkəti ilə bu istiqamətdə real nəticələr əldə olunub. Şirkət Azərbaycanda qeyri-ənənəvi aqrobiznes sahəsində fəaliyyət göstərir. Şirkət tərəfindən illik 100 min ton emal gücünə malik zavodun qurulması nəzərdə tutulur. “Abrau-Durso” şirkəti isə “Şəki Şərab” zavodunu özəlləşdirərək burada müasir şərabçılıq istehsalını inkişaf etdirir”, - deyə Yusif Abdullayev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [19:00]
SOCAR tərəfindən IP-nin səhmlərinin alınması prosesi tamamlanıb
- 08.05.2026 [18:30]
Xızı rayonunun Fındığan kəndinin sakinləri içməli su ilə təmin olunub
- 08.05.2026 [18:23]
Vergi Xidmətinin rəis müavini vətəndaşların müraciətlərini dinləyib
- 08.05.2026 [18:17]
Azərbaycandan Türkiyəyə ixrac 786 milyon dollara yaxınlaşıb
- 08.05.2026 [18:12]
“Caspian Agro Week” sərgisində Aqronomların II Beynəlxalq Forumu keçirilib
- 08.05.2026 [17:23]