Badamdar qəsəbəsində növbəti həyətdə abadlıq işləri başa çatdırılmışdır
Bakı, 29 dekabr (AZƏRTAC). Səbail rayon İcra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Badamdar qəsəbəsinin mərkəzindəki Tofiq Məmmədov küçəsi, 14 nömrəli binanın həyəti əsaslı təmir olunmuşdur.
Həyətə 1400 kvadratmetr asfalt salınmış, yeni söhbətgah və oturacaqlar quraşdırılmış, binanın giriş hissəsi və pilləkənlər təmir olunmuş, girişlərdə yeni dəmir giriş qapıları quraşdırılmış, pəncərələr şüşələnmiş, rəngləmə işləri görülmüşdür. Həyətdə uşaqların əylənməsi üçün qurğular quraşdırılmış, voleybol meydançası yaradılmış, yeni ağaclar əkilmişdir.
Abad həyətin istifadəyə verilməsi ilə yanaşı qəsəbədəki 236 və 239 nömrəli orta məktəblərin, 34 nömrəli poliklinikanın, Mədəniyyət evinin və digər təşkilatların nümayəndələrinin iştirakı ilə “Ekologiya İli” çərçivəsində həyata keçirilən işlər çərçivəsində növbəti iməcilik keçirilmişdir. İməcilikdə 1500 ədəd kiparis, Eldar şamı, zeytun ağacları əkilmiş və əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]