BADAMDAR QƏSƏBƏSİNDƏ YENİ STADİON İSTİFADƏYƏ VERİLMİŞDİR
Açılış mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov, rayon gənclər, idman və turizm idarəsinin rəisi Vüqar Mürsəlov ümummilli liderimiz Heydər Əliyevin respublikada idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan, bunun hazırda ölkəmizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışmışlar. Rayon gənclərinin idmana marağını daha da artırmaq məqsədi ilə belə müasir idman bazasının yaxın günlərdə Bibiheybət qəsəbəsində də istifadəyə veriləcəyi qeyd olunmuşdur.
Sonra Səbail rayon məktəblilərinin 18-ci spartakiadasına start verilmişdir. Dərs ilinin sonunadək davam edəcək spartakiadada 16 məktəbin şagirdləri 8 idman növü (futzal, voleybol, basketbol, stolüstü tennis, dama, şahmat, güllə atıcılığı və dördnövçülük) üzrə yarışacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]