BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 650 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4924 manata bərabər olmuşdur. Təklif 600 min ABŞ dolları və tələb 650 min dollar olduğu şəraitdə manatın məzənnəsi 1 bənd aşağı düşərək, 1 ABŞ dolları üçün 4925 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4924,15 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 4 milyon 686 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 23,075 milyarddır. Bir əqdə orta hesabla 426 min dollar düşmüşdür.
Dilerlər tərəfindən tələb olmadığından BEST-də USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlanmamışdır.
Banklar BEST-də AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]