BAKI BANKLARARASI VALYUTA BİRJASINDAHƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 750 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4927 manata bərabər idi. Təklifin həcmi 850 min dollar və tələbin həcmi 750 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd qalxmış və 1 dollar üçün 4926 manat olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının göstərilən qiyməti 1 USD üçün 4924,58 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 4 milyon 236 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 20,861 milyarddır. Bir əqdə orta hesabla 529500 dollar düşmüşdür.
Dilerlər tərəfindən tələb olmadığından BEST-də USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlanmamışdır.
Banklar BEST-də AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar ümumən 9,070 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Yanvarın 8-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.