BAKI ELEKTRİK STANSİYASI ENERJİ İSTEHSALI PROQNOZUNU 10 FAİZ ARTIRMIŞDIR
AZƏRTAC “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, cari ilin avqustunda Bakı Elektrik Stansiyasında 55 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bu, nəzərdə tutulduğundan 10 faiz çoxdur.
Həmin müddətdə hər kilovat-saat elektrik enerjisi istehsalına proqnozlaşdırıldığından az şərti yanacaq sərf edilmişdir. Nəticədə 150 tona yaxın şərti yanacağa və 34 min kilovat-saatdan artıq elektrik enerjisinə qənaət olunmuşdur.
Görülmüş tədbirlər nəticəsində istehlakçılara verilən elektrik enerjisinin keyfiyyəti əsaslı surətdə yaxşılaşmışdır.
Stansiyada energetika sisteminin sabitliyinin təmin edilməsi və istehsal olunan enerjinin istehlakçılara itkisiz çatdırılması məqsədi ilə tədbirlər həyata keçirilir.