Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı limanının keçmişini, bu gününü və gələcəyini əks etdirən dəyərli kitab

Bakı, 23 iyun, AZƏRTAC

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tarixi kökləri uzaq keçmişə dayanır. Bakı limanı ölkənin dəniz qapıları olmaqla yanaşı, eyni zamanda, şəhəri beynəlxalq nəqliyyat-kommunikasiya mərkəzinin qovşağına çevirən mühüm vasitə olub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən hazırlanmış “Bakı limanı” kitabında yer alıb. Azərbaycan və ingilis dillərində çap edilmiş kitab Prezident İlham Əliyevin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır” sözləri ilə açılır.

Kitabda Bakı limanının keçmişindən, bu günündən və gələcəyindən bəhs edilir. Limanın beynəlxalq statusunu və Böyük İpək Yolunda önəmli rolunu nəzərə alaraq, bu sahədə yeni tədqiqatların aparılması zərurəti yaranıb. Oxuculara təqdim edilən yeni kitab bu istiqamətdə atılan əsaslı addım kimi diqqəti cəlb edir. Burada indiyədək geniş ictimaiyyətə məlum olmayan faktlar və tarixi sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Bakı limanının inkişafında önəmli xidmətləri barədə informasiyalar, unikal fotoşəkillər, illüstrasiya və rəsmlər yer alıb.

Beş bölümdən ibarət kitabın ilk hissəsində Bakı limanının qədim və orta əsrlər dövründən bəhs olunur. Azərbaycanın qədim yaşayış yerlərindən olan Qobustanın üst terrasında eramızdan əvvəl VI minillikdə yaşayış üçün istifadə edilən mağara yaxınlığında aşkarlanmış daş lövhələr və qayalar üzərindəki qayıq təsvirləri həmin yerdə qədim limanın mövcudluğunun sübutu kimi göstərilir. Həmçinin eramızdan əvvəl IX əsrə aid Assuriya mixi yazıları olan gil lövhələr, Misir mənbələri, qədim yunan müəllifləri Miletli Hekatey (e.ə.VI əsr), Herodot (e.ə. V əsr), Aristotel (e.ə. IV əsr), Strabon (e.ə. I əsr), romalı müəllif Plinin (I əsr) qeydləri, habelə Homer və arqonavtlar dövrünə aid materiallar Bakı limanının beynəlxalq əhəmiyyətini göstərən mənbələrdir. Eramızdan əvvəl 285-ci ildə Sələvkilər dövlətinin sərkərdə və dənizçisi Patroklun rəhbərliyi ilə tərtib edilmiş “Xəzər dənizinin peripli” (Xəzər dənizinin sahillərinin təsviri) əsərinin Xəzərin ilk xüsusi tədqiqatı olduğu diqqətə çatdırılır.

Kitabdan məlum olur ki, sualtı arxeoloji tədqiqatlar nəticəsində aşkarlanmış çoxsaylı maddi-mədəniyyət nümunələri Bakı limanının hələ qədim zamanlarda beynəlxalq ticarətdə mühüm rol oynadığını sübut edir. Buna nümunə kimi ən qədim əşya olaraq eramızdan əvvəl I əsrdə Aralıq dənizi sahillərindən gətirilmiş tunc delfin fiquru göstərilir.

Nəşrdə yer alan mənbələr - X əsr ərəb səyyahları İbn Həvqəlin və əl-Müqəddəsinin qeydləri, Xəzərin “Bakı dənizi” kimi qeyd olunduğu Avropa xəritələri (1375-ci ilə aid katalon xəritəsi), azərbaycanlı coğrafiyaşünas alim Əbdürrəşid Bakuvinin, habelə Marko Polo (XIII əsr), Adam Oleari (XVII əsr), Afanasi Nikitin (XV əsr), Övliya Çələbi (XVII) və başqa müəlliflərin qeydləri Bakı limanının beynəlxalq əlaqələri haqqında dolğun təsəvvür yaradır. Bakının əsas liman olaraq müxtəlif dövlətlərlə ticarət əlaqələri bir çox tarixi sənəd və faktlarla da təsdiqlənir. Bu baxımdan Səfəvilər dövlətinin başçısı I Təhmasibin 1564-cü ildə Şeyx Zahidi Bakı limanına birinci nazir təyin etməsi haqqında fərmanına, Böyük Britaniyanın “Rusiya kampaniyası”nın Rusiyadan Volqa - Xəzər yolu ilə İran və Azərbaycanla bağlanan müqaviləsinə diqqət çəkilir. Eyni zamanda, I Pyotrun Bakını işğal etmək niyyəti ilə Xəzər sahillərinə yürüşü xatırladılır. Bakı buxtasının ilk xəritəsinin tanınmış rus naviqator və hidroqrafı Fyodor Soymonov tərəfindən 1719-cu ildə “Bakı körfəzi” adı ilə tərtib edildiyi bildirilir.

“Bakı limanı: kiçik limandan Rusiya imperiyasının ən böyük limanınadək (XIX əsr və XX əsrin əvvəlləri)” adlı ikinci bölümdə Orta Asiyanın müstəqil dövlətləri, həmçinin İranla ticarət aparıldığından limanın beynəlxalq statusunu saxladığı və burada gömrük məntəqəsi yaradıldığı haqqında məlumat verilir. Xəzərdə suyun səviyyəsinin dəyişməsinin tədqiqi məqsədilə akademik Emiliy Lensin 1830-cu ildə buraya ezam olunması, imperator I Nikolayın fərmanına (1854-cü il 17 sentyabr) əsasən Bayıl burnunda hərbi limanın fəaliyyətə başlaması, 1859-cu ildə Bakı limanının dövrün tələblərinə uyğun tikintisinə start verilməsi, XIX əsrin 60-cı illərində Xəzər dənizində mayaklar sisteminin qurulması, “Xəzər dənizinin Atlası”nın tərtib edilməsi və digər maraqlı tarixi faktlar əksini tapır. Məlum olur ki, dünyada neft sənayesində bir çox ilklər Bakı limanında həyata keçirilib. Bu sıraya Nobel qardaşları şirkətinin neft daşınmalarında istifadə olunan “Zoroastr” adlı dəmir tankeri, habelə “Assan Dadaşev” adlanan ikipərli tanker, dünyada birinci daxiliyanma mühərrikli “Vandal” dizel teploxodu, reversiv mühərrikli “Delo” gəmisi daxildir. 1911-ci ildə Rusiya donanmasında mövcud olmuş 9 teploxoddan 8-i Bakı limanında idi. Oxucu, həmçinin 1902-ci il iyulun 21-dən rəsmi fəaliyyətə başlayan Bakı ticarət limanı idarəsinin fəaliyyəti, limanın strateji əhəmiyyəti ilə yanaşı, onun çox gəlirli müəssisə olması haqqında məlumatlarla da tanış ola bilər.

Bu bölümdə Xəzər dənizində limanların qurulmasında, gəmiçiliyin təşkilində və təhlükəsizliyinin təmin edilməsində ilk azərbaycanlı peşəkar mühəndis Fətəli bəy Nəcəfqulu bəy oğlu Sultanovun (1845-1910) xidmətlərindən də bəhs olunur.

“Bakı limanı 1914-1968-ci illərdə” adlanan üçüncü bölümdə I Dünya müharibəsi və Azərbaycan Xalq Cümhuriyyəti dövrlərində, habelə sovet hakimiyyətinin 1920-1960-cı illərində limanın fəaliyyətini əks etdirən zəngin materiallar toplanıb. İstər I Dünya müharibəsi, istərsə də II Dünya müharibəsi illərində liman beynəlxalq statusunu saxlayıb. Bakı limanı Xəzərdə əsas, SSRİ-nin isə ən iri limanlarından biri olub. Onun tərkibinə Bakı körfəzi, yeni tikilmiş Abşeron liman məntəqəsi, Pirallahı (Artyom) adasında yerləşən mayedaşıma liman məntəqəsi, Lökbatan yanalma körpüsü, Astara, Lənkəran, Port-İliç liman məntəqələri, Ələt körpüsü daxil idi. Neft Daşlarının yaradılması, Bakı-Krasnovodsk (indiki Türkmənbaşı) bərə xəttinin açılması ilə Bakı limanının quruluşu dəyişib.

Kitabın “Bakı limanı XX əsrin sonu - XXI əsrin əvvəllərində” bölümündə qeyd olunur ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Bakı Dəniz Limanında əsaslı dəyişikliklər və inkişaf baş verib. Hələ sovet dövründə Yuqoslaviya, Polşa, Finlandiya, Norveç, Fransa, Hollandiya və Almaniyadan Bakıya müasir gəmilərin alınıb gətirilməsi dəniz limanında infrastruktur dəyişikliklərinə səbəb olmuşdu. Dövrün tələblərinə uyğun dəniz vağzalı tikilmiş, terminallar Bakı buxtasından Ələt, Sumqayıt, Primorsk ərazilərinə köçürülmüş, dəniz limanının fəaliyyəti ilə bağlı elmi, tədris, texniki və metodik ədəbiyyat Azərbaycan dilində nəşr edilmişdi.

Burada, həmçinin dövlət müstəqilliyinin bərpasından sonra limanın fəaliyyətinin genişlənməsinə dair faktlar diqqətə çatdırılır, “Əsrin müqaviləsi” nəticəsində limanın həyatında baş vermiş yeniliklərdən söhbət açılır.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanının müasir dövrdə inkişaf strategiyası” adlı sonuncu bölmədə limanın ölkəyə kifayət qədər gəlir gətirmək potensialı və perspektivləri barədə məlumat verilir. Vurğulanır ki, Prezident İlham Əliyevin Azərbaycanın mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində hədəflərindən biri də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı limanın inkişafı və dünyada tanıdılmasıdır. Bakı limanı Azərbaycan Respublikasının dəniz sərhədi olmaqla, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin mərkəzi və dəniz qapısıdır, ölkəmizi qərblə (Türkiyə və Aİ), cənubla (İran və Hindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağıdır.

Oxucu kitabda beynəlxalq nəqliyyat dəhlizlərində Bakı limanının rolu və potensialı barədə geniş məlumat ala bilər.

Kitaba limanın idarəetmə və informasiya sistemi əməliyyatları, beynəlxalq nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması haqqında ətraflı məlumatlar, habelə Prezident İlham Əliyevin iştirakı ilə Bakı Dəniz Vağzalının (2006), Beynəlxalq Dəniz Ticarəti Limanı Kompleksinin bərə terminalının (2014), Ro-Ro terminalının (2018), Beynəlxalq Dəniz Ticarəti Limanı Kompleksinin (2018) açılışlarına, limanın beynəlxalq əməkdaşlığına dair materiallar daxil edilib. Vurğulanır ki, Bakı limanı region və hava limanını beynəlxalq marşrutlarla birbaşa birləşdirən rəqabətqabiliyyətli və çoxtəyinatlı olmaqla Azərbaycanda ilk azad ticarət zonasına daxil edilib. Bakı limanı Xəzərdə ən böyük liman və azad iqtisadi zona statusuna malik liman olacaq. Liman 2020-ci ildən yeni inkişaf mərhələsinə qədəm qoyub. Gələcəkdə limanın da daxil olduğu Ələt Azad İqtisadi Zonasında əlavə dəyər yaradan istehsal və xidmətlərin yaradılması nəzərdə tutulur.

Nəşrdə Bakı limanının xronoloji tarixi ilə də tanış olmaq mümkündür.

Layihənin rəhbəri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru, siyasət elmləri üzrə fəlsəfə doktoru Taleh Ziyadov, redaktoru və koordinatoru hüquq elmləri üzrə fəlsəfə doktoru Pərvinə İsmayılovadır. Mətnin müəllifləri Nazim Ərəbov, tarix elmləri üzrə fəlsəfə doktoru dosent Səbuhi Əhmədovdur.

CASPIGROUP (İstanbul) tərəfindən nəfis tərtibatda nəşr edilən, çoxsaylı xəritə, fotoşəkil və illüstrasiyalarla müşayiət olunan kitabda AZƏRTAC-ın fotolarından da istifadə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb