Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı neftinin Moskva izi

Moskva, 25 noyabr, AZƏRTAC

Moskvanın tam mərkəzində, Bolşaya Bron¬naya küçəsində, Patriarşi göllərinin yaxınlığında yerləşən bir bina var ki, zahirən gözəçarpan heç nəyi yoxdur, sadə, səliqəli, 1920-ci illərin əvvəllərinə aid bir çox NEP (Yeni İqtisadi Siyasət) dövrü tikililərinə bənzəyir. Lakin onun divarlarının arxasında böyük bir tarix - Azərbaycan neftinin, ilk sovet səhmdar cəmiyyətlərinin, kooperativlərinin, NEP dövrünün və Moskvanı, Bakını, Qroznını və Qazaxıstanın Emba neft rayonunu gənc sovet respublikasının vahid neft-iqtisadi şəbəkəsinə bağlayan insanların tarixi gizlənir. Bu bina “Nefterabotnik” adlı işçi-yaşayış tikinti-kooperativ cəmiyyətinin evidir.

NEP, kooperativlər və Azərbaycan nefti

1920-ci illərdə neft sənayesi sovet iqtisadiyyatının ən gəlirli sahələrindən biri idi. Məhz “Azneft”, “Qroznıneft” və “Embaneft” trestləri tərəfindən hasil olunan neft dövlətə valyuta gətirir, xarici ticarətin aparılmasına imkan yaradır və vətəndaş müharibəsindən sonra sənayenin bərpasını təmin edirdi. Neftin ixracı üçün 1922-ci ildə SSRİ Neftesindikatı - ən iri trestləri birləşdirən xarici ticarət təşkilatı yaradıldı.

Onun əməkdaşları arasında mühəndislər, idarəçilər, geoloqlar, iqtisadçılar - 1920-ci illərin dili ilə desək, “yeni tip mütəxəssislər” var idi. Onların bir çoxunun Azərbaycanla əlaqəsi olub, belə ki, bəziləri “Azneft” strukturlarında çalışır, digərləri Xəzərdən Embaya qədər ekspedisiyalarda iştirak edirdilər. Məhz bu insanlar “Nefterabotnik” adlı kiçik kooperativə daxil olaraq bu gün Moskvanın nüfuzlu sayılan rayonunda özləri üçün ev tikdilər.

Neft tarixini yazan payçılar

Arxiv məlumatlarına görə, kooperativə Moskva rayonundakı “Neftesindikat” və “Embaneft” şirkətində çalışan təxminən 160 nəfər qulluqçu və fəhlə daxil olmuşdu. Bu qurumlar Azərbaycan neft sənayesi ilə bağlı iri sənaye qrupunun tərkib hissəsi idi.

“Neftesindikat”ın tərkibinə ən böyük trestlər daxil idi: Bakının “Azneft”i, Şimali Qafqazda hasilatla məşğul olan “Qroznıneft”, həmçinin Qazaxıstanın Emba çayının vadisində fəaliyyət göstərən “Embaneft”. İnqilabdan əvvəl burada azərbaycanlı investorlar, Nobel qardaşları və ingilis şirkətləri işləyirdi.

Beləliklə, “Bolşaya Bron¬naya” küçəsindəki bina faktiki olaraq SSRİ-nin neft iqtisadiyyatını irəli aparan və böyük dərəcədə Azərbaycan yataqlarına söykənən insanları bir araya gətirirdi.

Nobel ailəsinin izi

“Nefstsindikat”ın tarixi Nobel ailəsinin adı ilə sıx bağlıdır. İnqilabdan əvvəl Nobel qardaşları Bakıda neft mədənlərinə sahib idi və “Nobel qardaşlarının neft hasilatı cəmiyyəti” adlı ən böyük hasilat və emal şirkətlərindən birini yaratmışdılar. Onların müəssisələrində çalışan bir sıra mütəxəssislər sonradan sovet neft trestlərinə keçdilər. Elə buna görə də 1920-ci illərin mətbuatında “Embaneft” və “Neftsesindikat”da “Nobel neftinin” keçmiş mühəndislərinin işlədiyi dəfələrlə qeyd edilirdi. Bu kooperativ binasında da həmin məşhur neftçi nəslin irsi dolayı yolla özünü göstərir.

Yaşamağı bacaran memarlıq

Binanın layihəsini memar Aleksandr Model hazırlamış, fasadın erkən art-deko ruhunda son tərtibatını isə inqilabdan əvvəlki məktəbin tanınmış moskvalı memarı, malikanə, gəlir evləri və sənaye binalarının müəllifi İvan Kuznetsov etmişdi. Bina böyük deyil, cəmi 27 - ikiotaqlı və üçotaqlı mənzillərdən ibarətdir. Bununla belə, binada heyrətamiz dərəcədə çox orijinal detal qorunub: döşəmədə pirinç xətli terrazzo örtük, pilləkənlərin metal kürəcikli məhəccərləri, qapı və pəncərələrin özünəməxsus köhnə dəbi, qədim radiatorlar və parket, klassik tavan karnizləri, tavana yaxın hissədə yerləşən və iplə açılan orijinal ventilyasiya qapağı, həmçinin “palıd rəngində” boyanmış metal giriş qapısı.

Bakının neft yaddaşını qoruyan ev

Bu bina Moskva ilə Bakının ümumi neft taleyi ilə sıx bağlı olduğu dövrün nadir yadigarlarından biridir. Burada yaşayanlar Azərbaycan yataqlarında işləyən, Xəzər neftinin ixracı ilə məşğul olan, gənc sovet iqtisadiyyatı üçün valyuta təmin edən, ilk sovet neft korporasiyalarını yaradan insanlar idi.

Bu gün “Nefterabotnik” Moskvanın mərkəzində, sadəcə, bir yaşayış binası deyil. O, XX əsrin əvvəlinin tarixi, Bakının, Qroznının və Em¬ba neftinin ölkənin iqtisadiyyatını və insanların həyatını formalaşdırdığı bir dövrün maddi şahididir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır