“BAKI” POLŞANIN “LEX” KLUBUNU MƏĞLUB ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, futbol üzrə ölkə kubokunun sahibi “Bakı” komandası Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində Polşanın “Lex” klubu ilə yoldaşlıq görüşü keçirmişdir. “Bakı”nın üstünlüyü şəraitində keçən oyunda Əsgər Abdullayevin yetirmələri 3:0 hesabı ilə qələbə qazanmışlar. Hər üç qol birinci hissədə vurulmuşdur. İkinci hissədə oyunda dönüş yaratmağa çalışan “Lex” klubunun baş məşqçisi beş oyunçunu əvəzləməli olmuşdur. Lakin Azərbaycan futbolçuları üstünlüyü əldən verməmişlər. Polşa komandasının kobud oyunu baş hakimi 80-ci dəqiqədə görüşü dayandırmağa məcbur etmişdir.
Xatırladaq ki, ötən il “İntertoto” turniri çərçivəsində Yevlağın “Karvan” klubunu Avropa kuboklarından kənarlaşdırmış “Lex” komandası, hazırda Polşa çempionatında 4-cü yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]