BAKI-SUPSA İXRAC KƏMƏRİNİN İSTİFADƏYƏ VERİLMƏSİNİN BEŞ İLİ TAMAM OLDU
AZƏRTAC-ın müxbiri xəbər verir ki, kəmərə ilk neft 1998-ci il dekabrın 10-da vurulmuş, 1999-cu il martın 11-də son məntəqəyə çatmışdı. Supsadan isə xam neftlə dolu ilk tanker martın sonunda yola salınmışdı.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən ( ABƏŞ) AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, istismara başlayandan bəri boru kəmərinin işçi heyəti tərəfindən heç bir qəzaya yol verilməmiş, bir iş günü belə itirilməmişdir.
Gündəlik ötürücülük gücü 150 min barrel olan kəmər vasitəsilə indiyədək 200 milyon barrel xam neft ixrac edilmişdir. Supsadakı gəmiyükləmə qurğusundan isə dünya bazarlarına Azərbaycanın 32 tanker mənfəət nefti də daxil olmaqla, 216 tanker neft yola salınmışdır. Kəmərin işçi heyəti Azərbaycan və Gürcüstan vətəndaşlarından ibarətdir. Bp-Azərbaycan şirkətinin Azəri-Çıraq-Günəşli layihəsinin əməliyyatları üzrə vitse-prezidenti Nil Makkliərinin sözlərinə görə, onlar bu günə qədər Xəzər neftinin dunya bazarlarına çatdırılması əməliyyatlarını təhlükəsiz həyata keçirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [15:09]
Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [14:31]
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb
- 30.09.2026 [13:25]
Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır
- 30.09.2026 [13:10]
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
- 30.09.2026 [12:48]