Bakı Uşaq və Gənclər Teatrı izləyiciləri tamaşalarını internet üzərindən baxmağa dəvət edir
Bakı, 29 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı bəşəriyyətin bəlasına çevrilən koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətə görə tamaşaçıların evdən çıxmamaq şərtilə tamaşalara baxa bilməsi üçün yeni bir təşəbbüs irəli sürüb.
İdarədən AZƏRTAC-a bildirilib ki, tamaşaları aşağıda qeyd olunan tarixlərdə Bakı Uşaq və Gənclər Teatrının “YouTube”, “Facebook”, “Instagram” səhifələrindən izləmək mümkündür.
30 mart - “Qucaqla məni” - (31 mart soyqırımına həsr olunub, gənclər üçün)
3 aprel - “Dovşanın evi” - (uşaqlar üçün)
7 aprel - “Göyçək Fatma” - (uşaqlar üçün)
11 aprel - “Əyriqulaq dovşan” - (uşaqlar üçün)
15 aprel - “Günahsız günahkarlar” - (insan alverinə qarşı mübarizəyə həsr olunub)
19 aprel - "Çay dəstgahı" - (uşaqlar üçün)
23 aprel - “Sehrli tütək”- (uşaqlar üçün)
27 aprel - “Pəltək cücə” - (uşaqlar üçün)
1 may - “Kimdir müqəssir” - (böyüklər üçün)
5 may -“Humayın yuxusu” - (uşaqlar üçün)
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [12:28]
Bülbülün Memorial Muzeyində konsert proqramı təşkil olunub
- 23.06.2026 [11:12]
Tanınmış rejissor Əsgər Əsgərovun 65 illiyi qeyd olunub
- 23.06.2026 [11:02]
Sarı Aşığın “Gül dəftəri” kitabı dördüncü dəfə nəşr olunub
- 23.06.2026 [10:52]
Həzin nəğmələrin və zərif duyğuların şairi — Nigar Rəfibəyli
- 22.06.2026 [22:21]
Bakıda ərəb dili üzrə beynəlxalq təlim proqramının bağlanış mərasimi olub
- 22.06.2026 [19:42]