Bakıda adambaşına düşən yaşıllıq sahəsi 8 kvadratmetrə çatdırılacaq
Bakı, 9 oktyabr, AZƏRTAC
Sürətli urbanizasiya prosesi nəticəsində Bakı şəhərində mütəmadi subasma halları, “istilik adası” effekti, havanın çirklənməsi, yaşıllıq sahələrinin azalması kimi hallar müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə ictimaiyyətə təqdim olunan Bakı şəhərinin Baş planının layihəsində deyilir.
Baş planda qeyd olunur ki, belə neqativ hallar müasir ictimai nəqliyyat sisteminin inkişafı, yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, paytaxtın mühəndis-kommunikasiya sistemlərinin yenidən qurulması və ətraf mühitin mühafizəsi ilə bağlı kompleks tədbirlərin əlaqələndirilmiş şəkildə icrası nəticəsində aradan qaldırılacaq.
Şəhər ərazisində ümumi istifadədə olan yaşıllıq sahələri
Şəhər ərazisində yaşıllıq sahələrinin və açıq məkanların artırılması Bakı şəhərinin Baş planının əsas prioritetlərindən biridir. Bu məqsədlə, “Dövlət Şəhərsalma Norma və Qaydalarına (AzDTN 2.6-1)” uyğun olaraq, Bakı şəhərinin Baş planı çərçivəsində adambaşına düşən yaşıllıq sahəsinin 8 kvadratmetrə çatdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Bu hədəfə nail olmaq üçün mövcud yaşıllıqların qorunması, yeni inkişaf ərazilərində tələb olunan səviyyədə açıq məkanların yaradılması və aşağıdakı layihələrin həyata keçirilməsi planlaşdırılır:
- Xocəsən gölünün ətrafında geniş parkın salınması;
- Bakı bulvarının uzunmüddətli perspektivdə uzadılması (Bibiheybət ərazisi daxil olmaqla);
- Böyükşor, Zığ və Bülbülə göllərinin ətrafında yaşıl istirahət zonalarının salınması;
- Şəhər daxilində “yaşıl hibrid dəhlizlər” sisteminin tətbiqi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [15:24]
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]
Dünya birjalarında neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]