İDMAN
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları sona yaxınlaşır
Bakı, 23 aprel, AZƏRTAC
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları sona yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi dördüncü beynəlxalq yarışda 40 ölkədən 135 idmançı fərdi və qrup hərəkətləri proqramında mübarizə aparır.
Turnirin sonuncu günündə fərdi gimnastlar ayrı-ayrı alətlər üzrə, qrup hərəkətləri komandaları isə 5 halqa, 3 lent və 2 top ilə final mərhələsində yarışırlar.
Millimizin üzvü Zöhrə Ağamirova top və gürzlər, qrup hərəkətləri komandamız isə 5 halqa, 3 lent və 2 topla güclərini sınayacaqlar.
Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2024 [23:30]
Avropa çempionatları tarixində ən erkən qol vurulub
- 15.06.2024 [22:02]
“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib
- 15.06.2024 [20:57]
“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb
- 15.06.2024 [20:02]
“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb
- 15.06.2024 [19:00]
“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib
- 15.06.2024 [16:51]
“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb
- 15.06.2024 [14:22]
Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub
- 15.06.2024 [14:03]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb
- 15.06.2024 [13:13]