BAKIDA BOKS ÜZRƏ 8-Cİ BEYNƏLXALQ LİSENZİYA TURNİRİ BAŞA ÇATDI
Turnirdə Azərbaycan boksçuları uğurla çıxış etmişlər.
Beləliklə, 48 kq çəki dərəcəsində 1-ci yeri Ceyhun Əbiyev (Azərbaycan), 2-ci yeri Atagül Yalçınqaya (Türkiyə), 3-cü yeri Vyaçeslav Qocan (Moldova) tutdular.
54 kq çəki dərəcəsində 1-ci yerə Ağası Məmmədov (Azərbaycan), 2-ci yerə Xavaci Xatsiqov (Belarus), 3-cü yerə Sərdar Avçı (Türkiyə) çıxdılar.
60 kq çəki dərəcəsində fəxri kürsünün ilk üç pilləsinə Murad Xraçov (Rusiya), Vladimir Kravets (Ukrayna), Marius Koperski (Polşa) qalxdılar.
69 kq çəki dərəcəsində Bülənd Ulusoy (Türkiyə) 1-ci, Vitali Qrusaç (Moldova) 2-ci, Neil Perkins (İngiltərə) 3-cü oldular.
81 kq çəki dərəcəsində Əli İsmayılov (Azərbaycan) 1-ci yerə, Məhəmməd Arifhacıyev (Belarus) 2-ci yerə, Konstantin Bejenaro (Rumıniya) 3-cü yerə layiq görüldülər.
91 kq-dan yuxarı çəki dərəcəsində ukraynalı Aleksey Mazikin qalib gəldi. Sonrakı iki yeri Marius Vaç (Polşa) və İlqar Məmmədov (Azərbaycan) tutdular.
Turnirin yekunlarına görə, 48, 54, 60, 69, 81 kq çəki dərəcələrində 1-ci və 2-ci yerlərə çıxmış idmançılar və 91 kq və ondan yuxarı çəki dərəcələrində qalib gəlmiş idmançılar Afinada keçiriləcək Olimpiya oyunlarına lisenziya qazanmışlar.