Bakıda çoxmərtəbəli binanın dam örtüyü və konstruksiyası üçün təhlükə yaradan tikililər sökülüb
Bakı, 19 iyun, AZƏRTAC
Paytaxt Bakıda Azadlıq prospekti 13 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq hovuz və tikili inşa edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb, binanın dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradan bu tikililər sökülüb.