BAKIDA DAHA BİR MARŞRUT XƏTTİNƏ YENİ İRİTUTUMLU AVTOBUSLAR BURAXILACAQDIR
AZƏRTAC xəbər verir ki, yaxın günlərdə Bakıda daha bir şəhərdaxili sərnişin avtobus marşrutu xəttinə yeni irihəcmli avtobusların buraxılması planlaşdırılır.
Nəqliyyat Nazirliyindən bildirmişlər ki, bir neçə gün əvvəl paytaxt küçələrində bəzi marşurutlara buraxılan iritutumlu “MAN” və “MAZ” sərnişin avtobusları artıq paytaxt sakinlərinə xidmət göstərir. Almaniya istehsalı olan, ən müasir beynəlxalq standartlara cavab verən yeni avtobuslar artıq 106 və 20 nömrəli avtobus marşrutlarından sərnişinlərə xidmət göstərir.
Yeni avtobusların daha bir xəttə - 345 nömrəli marşruta da buraxılması nəzərdə tutulur. Hazırda bu marşrut üzrə peşəkar sürücülərin hazırlanması mərhələsi başa çatmaq üzrədir.
Qeyd edək ki, müasir texniki nailiyyətlərin tətbiq edildiyi və uzunluğu 11,8 metr olan avtobusların 38 oturacaq yeri vardır. Onların hər biri ilə eyni vaxtda 98 sərnişin daşımaq mümkündür.