Bakıda Giuseppe Martucci Konservatoriyasının təqdimatı olub
Bakı, 29 noyabr, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Giuseppe Martucci Konservatoriyasının təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a BMA-dan məlumat verilib.
Bildirilib ki, tədbirdə BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova Giuseppe Martucci Konservatoriyasının professor-müəllim və tələbə heyətinə “Dostluq körpüsü” layihəsi çərçivəsində keçirilən konsert və ustad dərslərə görə sertifikatlar təqdim edib. Giuseppe Martucci Musiqi Konservatoriyasının rektoru, professor Fulvıo Artiano iki ölkə arasında mədəni əlaqələrin möhkənləndirilməsini yüksək dəyərləndirib.
Tərəflər gələcək birgə layihələr, müəllim və tələbə mübadiləsi, ustad dərsləri və birgə konsert proqramlarının genişləndirilməsi ilə bağlı əməkdaşlıq imkanlarını dəyərləndiriblər. Görüş çərçivəsində iki ölkə arasında musiqi irsinin, müasir ifaçılıq ənənələrinin, tədris proseslərinin və tələbə mübadiləsinin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Həmçinin professor-müəllim heyətinin təqdimatları və yaradıcı çıxışlar səslənib.
Tədbir sual-cavab formatında davam edib.