İDMAN
Bakıda idman federasiyalarının məşqçi və həkimləri üçün seminar keçirilir
![](/files/galleryphoto/2023/1/1200x630/16814572962032961190_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16814572963159510509_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16814572963109019802_1200x630.jpg)
Bakı, 14 aprel, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda idman federasiyalarının məşqçi və həkimləri üçün seminara start verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Kardiologiya” və “Müalicəvi idman və idman təbabəti” üzrə tibb elmləri doktoru Yelena Dorofeyevanın iştirakı ilə keçirilən seminara federasiyaların 50-dən çox nümayəndəsi cəlb olunub.
Əsas mövzusu Yay Olimpiya və Paralimpiya oyunlarına hazırlıq dövründə tibbi təminat olan seminar idmançıların fiziki yükə fərdi uyğunlaşmasına təsir edən faktorlar; məşq prosesinin qeyri-səmərəli planlaşdırılması zamanı olan patologiya önü və patoloji vəziyyətlər; yüksək idmanda biokimya; idmançılarda immunitet vəziyyətinin modifikasiyası və korreksiyası; idman qidalanmasının təşkilinə müasir yanaşmalar; müasir idmanda idman qidalanması problemləri, idmançıların səmərəli qidalanmasının prinsipləri və digər mövzuları əhatə edəcək.