BAKIDA İQTİSADİ İSLAHATLARA DAİR KONFRANS BAŞLANIR
Dekabrın 26-da Bakıda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda iqtisadi islahatlar: ilkin nəticələr, problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir. Bunu AZƏRTAC-ın müxbirinə nazirliyin mətbuat xidmətindən bildirmişlər.
Konfransın keçirilməsindən başlıca məqsəd Azərbaycanda iqtisadi islahatların ilkin nəticələrinin təhlili, həll olunmamış problemlərin aşkara çıxarılması və onların həlli yollarının müzakirəsidir.
Konfransın materialları əsasında islahatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələr hazırlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]