Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda keçirilən beynəlxalq konfransda İslam maarifçiliyinin aktual problemləri müzakirə olunur

Bakı, 16 aprel, Kifayət Əliyeva, Pərvanə İmanova, AZƏRTAC

Aprelin 16-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, din xadimləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, alimlər, KİV təmsilçiləri iştirak edirlər.

Konfransın plenar iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, İslam dini ilə bağlı dəyərlər Azərbaycan xalqının da milli mənəvi dəyərlər sisteminin mühüm hissəsini təşkil edir. Mədəniyyətimizin tarixi keçmişi və bu günü həmin dəyərlərlə bilavasitə bağlıdır. Bu dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindəndir. İslam dininin tolerant yanaşmalarının nəticəsidir ki, Azərbaycan Respublikası müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışına nümunədir. Hazırki mərhələdə ümumbəşəri ideyalarla səsləşən İslam dini ilə bağlı dəyərlərin, həmçinin ölkədə bərqərar edilən milli və dini tolerantlıq mühitinin qorunması və inkişafı dövlətimizin qarşısında duran başlıca vəzifələrdən hesab olunur. Bütün bunlara görə də, “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfransın keçirilməsi ictimai-siyasi cəhətdən olduğu kimi, elmi-nəzəri baxımdan da təqdirəlayiqdir.

Xüsusən XXI əsrdə süni şəkildə formalaşdırılmış yanaşmaların doğurduğu yeni problemlərin, böyük ictimai-siyasi çətinliklərin, hətta hərbi münaqişələrin meydana çıxması məsələnin aktuallığını artırır. İslamın mədəniyyət səviyyəsində dərk və qəbul edilməsi bu böyük təlimə yeni elmi münasibətin formalaşdırılmasını tələb edir. Bugünkü konfransın keçirilməsinin məqsədi qlobal problemlərin yaratdığı təhlükələr, dünya ictimai fikrini narahat edən ekstremizm, terrorizm, islamofobiya meyillərinin meydana çıxması, qarşılıqlı anlaşma və razılaşma nəticəsində problemlərin həllinə nail olunması məqsədilə elm və din üzrə alim və mütəxəssislərin səylərini birləşdirməkdir. Bu mənada islam maarifçiliyinin rolu böyük əhəmiyyət kəsb edir.

Konfransda Türkiyə, Rusiya, İran, Fransa, Almaniya, Küveyt, Səudiyyə Ərəbistanı, Livan, Mərakeş, İsveç, Finlandiya, Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin də iştirak etdiklərini bildirən akademik A.Əlizadə bu baxımdan tədbirin xüsusi əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına məktubunu oxuyub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, konfransın keçirilməsinin əsas məqsədi bütün dünyaya dinlə elmin vəhdətinin vacibliyini bəyan etməkdir. Bu gün nüfuzlu din xadimlərinin, beynəlxalq təşkilatların rəsmilərinin, elm və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirin multikulturalizm və tolerantlığın məkanı olan Azərbaycan Respublikasında keçirilməsi tamamilə məntiqə uyğundur. Azərbaycan müsəlman dünyasının bir parçası olmaqla yanaşı, həm də dünyəvi və çoxkonfessiyalı ölkədir. İslam dini ölkəmizdə tarixi-mənəvi irsin, mədəniyyətin, milli mentalitetin ayrılmaz hissəsidir. Yüz illər ərzində etnik-mədəni müxtəlifliyin qorunub saxlanması Azərbaycan cəmiyyətində milli mənəvi həmrəyliyi və ictimai-siyasi sabitliyi sürətləndirən tarixi nailiyyətimizdir. Belə bir münasibətin arxasında böyük siyasi uzaqgörənlik və dövlətimizin başçısının müdrikliyi kimi amillər dayanır.

Şeyxülislam A.Paşazadə qeyd edib ki, mütərəqqi ənənələrə sadiq olan Azərbaycan Respublikasının bütöv bir tarixi mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bugünkü konfrans da Ulu Öndərin himayədarlığı ilə 1998-ci ildə AMEA-da təşkil edilmiş “İslam sivilizasiyası Qafqazda” beynəlxalq simpoziumunun ənənəvi davamı və XXI əsrdə keçirilən növbəti konfransıdır. Ümummilli Liderin arzuları, ideyaları, onun yaratdığı dövlətçilik məktəbi yaşayır və inkişaf edir. Hazırda Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirir. Bu gün Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü kimi qlobal və regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirir. Dövlətimizin başçısı ölkənin iqtisadi və siyasi qüdrətini artırmaqla yanaşı, dini və elmi mühitimizin inkişafına da həssaslıqla yanaşır. Mədəni irsimizin qorunmasında, milli mənəvi dəyərlərin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri daha sonra deyib: Qloballaşma və inteqrasiya proseslərini geniş vüsət aldığı müasir dünyada, eyni zamanda, ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni, mənəvi və siyasi qarşıdurmalar, islamofobiya və ksenofobiya halları da müşahidə olunur. Təəssüf hissi ilə qeyd etməliyəm ki, etnik-siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini radikalizm kimi bütövlükdə bəşər sivilizasiyasını təhdid edən hadisələr zəmanəmizin bugünkü acı gerçəyidir. Belə vəziyyətdə mədəniyyətlərarası dialoqa, elm və din xadimlərinin birgə fəaliyyətinə ciddi ehtiyac var. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, məscidlərin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalqın nümayəndələriyik.

Şeyxülislam A.Paşazadə aktual mövzuya həsr olunan tədbirin konstruktiv müzakirələr ruhunda keçəcəyinə, milli mənəvi dəyərlərin təbliğinə və təşviqinə töhfə verəcəyinə əminliyini bildirib.

DQİDK-nın sədri Mübariz Qurbanlı qeyd edib ki, İslam dini mənsublarının sayına görə dünyada ikinci yeri tutur və BMT-dən sonra ən böyük beynəlxalq qurum olan İslam Əməkdaşlıq Təşkilatı özündə 57 ölkəni birləşdirir. Müasir dünyada təhsil, səhiyyə, ekologiya, silahlı münaqişələr və digər problemlərin həllinə yönəlmiş çağırışlar İslam dünyası üçün də aktuallıq kəsb edir. Silahlı münaqişələrin həlli ilə yanaşı, dini maarifçiliyin təşkili də İslam dünyası üçün böyük əhəmiyyət daşıyır. İslam maarifçiliyinin aparılması bu coğrafiyada təkcə münaqişələrin həllinə deyil, həm də sosial-iqtisadi inkişafa, elmi-texniki tərəqqiyə, ən əsası, radikallıq və ekstremizmin aradan qaldırılmasına ciddi təkan verə bilər. Məhz düzgün İslam maarifçiliyi sayəsində dini intellektual potensialın inkişafına nail olmaq mümkündür. Burada ən önəmli məqam maarifçilik işinin İslam ölkələri arasında əlaqələndirilməsidir. Bu baxımdan Azərbaycanın İslam sivilizasiyasının tərkib hissəsi kimi bu sahədə oynadığı rol, qət etdiyi özünəməxsus tarixi inkişaf dövrü qazanılmış bir sıra uğurların öyrənilməsini əhəmiyyətli edir. Müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra milli mənəvi dəyərlərimizə, İslam maarifçiliyinə münasibətdə yeni bir mərhələ başladı. Eyni zamanda klassik maarifçilik ruhunun yeni təzahürü, xalqımızın mənəvi mədəniyyətində yeni intibah dövrünün başlanğıcı qoyuldu.

Komitə sədri vurğulayıb ki, Ümummilli Liderin dövlət-din münasibətləri sahəsində müəyyənləşdirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycanda bərqərar olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Müasir dövrdə Azərbaycanın dünya ölkələri sırasında layiqli yerini tutmasında, milli-mənəvi irsimizin qorunmasında, inkişaf etdirilərək bütün dünyaya çatdırılmasında və dini ibadət yerlərinin bərpa olunmasında dövlətimizin başçısının böyük xidmətləri var. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyada dini radikalizmin son dərəcə az yayıldığı ölkələr sırasındadır. Bunun səbəbləri xalqımızın çoxəsrlik tolerant və dini dözümlülük kimi ənənəyə malik olması, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında apardığı din siyasətidir. Sovetlər zamanı Azərbaycanda cəmi 17 məscid olduğu halda, hazırda onların sayı 2 mini keçib. Bu gün Azərbaycanda 13 kilsə, 7 sinaqoq, eləcə də 600-dək dini icma fəaliyyət göstərir.

M.Qurbanlı regionun başqa təmsilçisi - təcavüzkar Ermənistanın Azərbaycan xalqının milli mentalitetindən irəli gələn başqa dinlərə və xalqlara münasibətdə dözümlülük kimi spesifik xüsusiyyətlərindən sui-istifadə edərək, dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti apardığını, son iki əsrdə milyonlarla soydaşımızın etnik təmizləmə və işğalçılıq siyasətinin qurbanına çevrildiyini də konfrans iştirakçılarının diqqətə çatdırib.

Küveytin vəqflər və islam işləri nazirinin müavini, Asiya Müsəlmanları Komitəsinin sədri Adil Abdulla Əl-Fəlah ictimai sülhü dərinləşdirən belə mədəni konfransların təşkilini yüksək qiymətləndirib. Azərbaycanı 1991-ci ilin əvvəllərində, SSRİ-nin dağılmasından sonra tanıdığını bildirən natiq ölkəmizə heyran olduğunu söyləyib. O, qeyd edib ki, bunun əsas səbəbləri ölkədə ictimai sülhün, dini tolerantlığın, əmin-amanlığın olmasıdır.

Doktor A. Əl-Fəlah deyib: “Biz istəyirik ki, gənclərimiz islah və dəyişiklik anlayışını düzgün dərk edə bilsinlər. Bu anlayışların qavranılması zamanı təhriflərə yol verməsinlər. Bu isə öz növbəsində cəmiyyətin islahına gətirib çıxaracaq”.

Stokholmdakı Qafqaz Araşdırmaları İnstitutunun direktoru, AMEA-nın fəxri doktoru Svante Kornel vurğulayıb ki, Azərbaycan dünyəvi idarəçilik və milli kimlik baxımından özünəməxsus tarixə malikdir. Azərbaycan yaxın qonşuları olan Gürcüstan və Ermənistandan, həmçinin onu əhatə edən böyük dövlətlərdən fərqlənir və bu cəhətdən daha çox bəzi Qərb ölkələrinə bənzəyir. Bu da Azərbaycanın gələcəkdə Avropaya inteqrasiyasında vacib faktordur.

S.Kornel bildirib ki, Qərbdə Azərbaycanın bu unikal xüsusiyyəti çox az sayda ekspertlərə məlumdur və düzgün dərk edilmir: Azərbaycanın dünyəvi və sivil dövlətçilik üsul-idarəsini tətbiq etməsi yeni deyil. Müasir anlamda bu, XIX əsrin sonundakı milli oyanış və 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi demokratik respublikanın yaradılması dövrünə gedib çıxır. Azərbaycan milli cəmiyyətin dünyəvi və inklüziv xarakter aldığı ölkə kimi müsəlman ölkələri üçün örnəkdir. Bu prosesin istər etnik, istərsə dini baxımından heç bir radikalizm olmadan baş tutması təqdirəlayiq haldır.

Yaxın Şərqdə baş verən məzhəblərarası münaqişələrin Azərbaycanda da dinin siyasiləşdirilməsi riskini artırdığını qeyd edən S.Kornel deyib ki, azərbaycanlıların bir çoxu Qərbin Azərbaycanda siyasətçilərə dəstək olmaqdansa, onları tez-tez tənqid etməsini anlamır. Azərbaycanda çoxmillətli etnik icmaların dinc şəkildə birgə yaşamalarına fikir verilmir, ya da ötəri şəkildə xatırlanır. Din və siyasəti qarışdıran regional dövlətlərə nəzər saldıqda, bu tənqid əlbəttə ki, həqiqətdən uzaqdır.

Türkiyə Diyanət Başkanlığı sədrinin müavini Həsən Kamal Yılmaz bildirib ki, yerli əhalinin başqa dinlərə mənsub olan insanlarla birgə yaşaması çox vacib məsələdir. Müsəlmanlar tarix boyunca bu prinsipi əsas götürərək başqa dinlərə mənsub olanlarla xoş münasibət yaradıblar. “İnsanlar kiminlə qonşu olacaqlarını özləri müəyyənləşdirmirlər. Sevginin olduğu yerdə hörmət, bir-birinə ehtiram var. Təəssüf ki, bunu əslində özü soyqırımı və qətliamlar törətsə də, günahı başqalarında axtaran Ermənistan haqqında söyləmək mümkün deyil. Zənnimcə, Ermənistanın öz əməllərini gözdən keçirməsi, Azərbaycanın qədim Xocalı şəhərində törətdiyi soyqırımına görə cavabdehlik daşıması lazımdır” - deyə H.Yılmaz vurğulayıb.

İslam dünyasının bu gün terrorizm və radikalizm kimi böyük problemlərlə üz-üzə olduğunu deyən Müasir İran Tarixi Araşdırma Mərkəzinin rəhbəri Musa Fəqih Həqqani bildirib ki, bəzi münaqişə ocaqlarında törədilən qətliamlardan İslama qarşı əks-təbliğat vasitəsi kimi istifadə olunur. Həmin ölkələrdə İslam adı altında uşaqları, qocaları vəhşiliklə qətlə yetirirlər. Əslində isə İslam rəhmət dinidir və insanlara bir-birləri ilə xoş münasibətdə olmağı buyurur.

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr və digər çıxış edənlər Azərbaycanda tolerantlığın həyat tərzinə çevrilməsindən, burada yaşayan, başqa dinlərə mənsub insanlara öz dini ibadətlərini icra etmək üçün yaradılan şəraitdən danışıblar. Müsəlmanlar tərəfindən göstərilən xoş münasibətin, dini dözümlülüyün bütün dünyaya örnək olduğunu qeyd edən dindarlar tolerantlığın Azərbaycan modelindən başqa ölkələrin də nümunə götürməsini arzulayıblar.

Plenar iclasdan sonra konfrans işini üç bölmədə davam etdirib. “Qloballaşan dünyada islam maarifçiliyinin əhəmiyyəti”, “Multikulturalizm, dinlərarası dialoq və tolerantlıq mühitinin beynəlxalq əhəmiyyəti və Azərbaycanın bu prosesdə rolu”, “Dünya dinləri terrorizm, ekstremizm, separatizm və ksenofobiya təzahürlərinə qarşı” bölmələri üzrə iclaslarda Azərbaycan, rus, ingilis və ərəb dillərində 60-dan çox məruzə dinlənilib.

Konfrans işini aprelin 17-də davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib

Balakəndə möhtəşəm konsert proqramı

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır