Bakıda mövsümün ən parlaq IT və rəqəmsallaşma tədbirinə qeydiyyat başlayıb
Bakı, 31 avqust, AZƏRTAC
“Sabah.Hub”un dəstəyi ilə rəqəmsallaşma ilə maraqlananlara, xüsusən lT mütəxəssisləri üçün mövsümün ən parlaq informasiya texnologiyaları (İT) və rəqəmsallaşma tədbiri olan “New Zeon Digital Fest 2023” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sentyabrın 9-da Bakıda təşkil olunacaq “New Zeon Digital Fest 2023”də böyük texnoloji şirkətlərin və uğurlu startapların mütəxəssisləri daxil olmaqla, İT sferasında peşəkar spikerlər qrupu bir araya gələcək. Tədbirdə “Süni intellekt və maşın öyrənməsi”, “Veb-texnologiyasında irəliləyişlər: həm Front-end, həm də back-end”, “Mobil inkişaf və tətbiqlərdəki tendensiyalar”, “Sahə üzrə çalışan startapların təqdimatı”, “Layihələrin idarə olunması haqda biliklər”, “Proqram arxitekturası haqqında hər şey” mövzularında spikerlər çıxış edəcək.
Qeyd edək ki, tədbirin əsas kommunikasiyası rus dilində olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:37]
Ayjan Beyseyeva: Orta Dəhliz strateji inkişaf fazasına qədəm qoyur
- 08.06.2026 [14:40]
SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib
- 08.06.2026 [14:37]