Bakıda şahmat üzrə Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq super turnir keçiriləcək
Bakı, 19 noyabr, AZƏRTAC
Dekabrın 17-də Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnir keçiriləcək.
Turnirin təşkilat komitəsindən AZƏRTAC-a bildiriblər ki, 8 şahmatçının iştirakı ilə baş tutacaq turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.
Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir keçirilməyib.
Vüqar Həşimov memorialının yeni loqosu Vüqar Həşimovun silueti əsasında hazırlanıb. Qara fonda ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərinin birrəngli təsviri əsasında yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [23:52]
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [22:12]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]