Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı gözlənilir
Bakı, 29 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı, gecə saatlarında yarımadanın bəzi yerlərində az çiskin olacağı gözlənilir.
Şimal-şərq küləyinin sürəti 8-13 metr/saniyə, gündüz isə cənub-şərq küləyinin sürəti 9-14 metr/saniyə təşkil edəcək, arabir 16-18 metr/saniyəyədək güclənəcəkdir.
Havanın temperaturu gecə müsbət 2-4, gündüz müsbət 6-8 dərəcə təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında gündüz havanın əsasən yağmursuz, lakin axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Şərq küləyinin sürəti 5-10 metr/saniyə təşkil edəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4, gündüz müsbət 7-12 dərəcə, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]