Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 18 metrədək güclənib - FAKTİKİ HAVA

Bakı, 20 mart, AZƏRTAC
Martın 20-si saat 18:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Culfada saniyədə 21 metrədək, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Naftalanda saniyədə 18 metrədək, Naxçıvanda saniyədə 15 metrədək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.
Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Kürdəmir, Göyçay, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Hacıqabul, Beyləqan, Yardımlı, Lerik və Astarada fasilələrlə yağış yağır.
Gədəbəy və Şahdağda isə arabir qar yağması müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [14:59]
Bakıda Beynəlxalq Autizm Konfransının açılış mərasimi keçirilib
- 24.04.2025 [14:56]
İsmayıllı rayonunda zəlzələ olub
- 24.04.2025 [14:55]
Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir - YENİLƏNİB
- 24.04.2025 [12:46]
Sabah bəzi rayonlarda havanın arabir yağıntılı olacağı gözlənilir
- 24.04.2025 [12:26]
Milli Observatoriya beynəlxalq müsabiqədə mükafata layiq görülüb
İsmayıllı rayonunda zəlzələ olub
- [14:56]
Fransada 636 iş yeri ləğv edilir
- [14:50]
Dünya səyyahları Xankəndidə FOTO
- [14:47]