Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Xalq Rəssamı Toğrul Nərimanbəyovun xatirəsinə həsr olunmuş sərgi açılmışdır

Bakı, 11 iyul (AZƏRTAC). İyulun 11-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli fırça ustası, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Xalq Rəssamı, “İstiqlal” və “Şərəf” ordenli Toğrul Nərimanbəyovun vəfatının 40-cı gününə həsr olunmuş “Toğrulu xatırlayaraq” adlı sərgi açılmışdır.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış ziyalılar, ictimaiyyətin nümayəndələri, görkəmli fırça ustasının həmkarları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xalq Rəssamı Toğrul Nərimanbəyovun özünəməxsus yaradıcılıq axtarışlarından geniş söz açmışdır.

Bildirmişdir ki, dünyanın onlarla məşhur muzey, qalereya və şəxsi kolleksiyalarını bəzəyən təkrarolunmaz rəngkarlıq, qrafika, teatr-dekorasiya və s. əsərləri Toğrul Nərimanbəyova böyük şöhrət qazandırmışdır. Doğma Vətənə məhəbbət, onun gözəlliklərinin və milli ənənələrinin tərənnümü görkəmli fırça ustasının 60 ilə yaxın bir dövrü əhatə edən yaradıcılığının əsas leytmotivini təşkil edir.

Nazir xüsusi vurğulamışdır ki, ulu öndər Heydər Əliyev görkəmli fırça ustasının yaradıcılığını həmişə yaxından izləmiş və onun sənətinə böyük qiymət vermişdir.

Vurğulanmışdır ki, Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunan Toğrul Nərimanbəyovun məzarı Fransaya səfər edəcək hər bir soydaşımız tərəfindən müqəddəs bir məkan kimi ziyarət olunacaqdır.

Toğrul Nərimanbəyovun yaxınlarına, eləcə də Azərbaycan xalqına başsağlığı verən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə böyük sənətkarın keçdiyi çətin, eyni zamanda, şərəfli ömür yoluna bir daha nəzər salmışdır.

Bildirmişdir ki, atası azərbaycanlı, anası isə fransız olan T.Nərimanbəyov hələ uşaqlıqdan sənətə böyük maraq göstərmiş və özünü təsdiqləyə bilmişdir. Toğrul Nərimanbəyovun qüdrətli sənətkar kimi yüksəlməsində Azərbaycan incəsənətinin zəngin ənənələri, qədim miniatür və xalçaçılıq nümunələri böyük rol oynamışdır. Onun fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ sənətimizə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlıdır. Rəssamın yaradıcılıq yolu Azərbaycanın milli mədəniyyət salnaməsində müstəsna yer tutur və rəssamlıq tariximizin parlaq səhifələrindən birini təşkil edir.

F.Abdullazadə demişdir: “Rəssam çoxdur, lakin hər rəssam özünəməxsus sənət dünyası yaratmaq qüdrətinə malik deyildir. Toğrul Nərimanbəyov bu gün bizim aramızda olmasa da onun yaratdığı sənət dünyası daim bizimlə olacaqdır. Zaman keçəcək, nəsillər dəyişəcək, amma Toğrul Nərimanbəyovun yaratdıqları bütün dövrlərdə öz orijinallığı ilə diqqəti cəlb edəcəkdir. Qədirbilən xalqımız heç zaman bu böyük sənətkarı unutmayacaq və onun adı əbədiləşdiriləcəkdir”.

İştirakçıları Azərbaycan dilində salamlayan Fransanın ölkəmizdəki səfiri Paskal Mönye Toğrul Nərimanbəyovun bəşəri bir sənətkar olmasından, onun bənzərsiz sənət dünyasından söz açmışdır.

Daha sonra Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı, akademik Ömər Eldarov, Xalq Yazıçısı Çingiz Abdulayev və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev çıxış edərək bildirmişlər ki, XX əsrin 50-ci illərindən etibarən yaradıcılıq aləminə qədəm qoyan Toğrul Nərimanbəyov hələ gənclik dövründə öz fitri istedadı sayəsində böyük ad-san qazanmış, ölkəmizdə və onun hüdudlarından kənarda tanınmışdır. Yüksək peşəkarlığa malik görkəmli rəssam təsviri sənətin bütün janrlarında uğurla çalışaraq uzun illər ərzində dolğun və səmərəli fəaliyyət göstərmişdir. Onun mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnmişdir.

Toğrul Nərimanbəyov dünyasını təcəssüm etdirən bənzərsiz lövhələr Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olmuşdur.

Görkəmli fırça ustası ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaratmışdır. Onun monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.

Görkəmli sənətkarın qızı, Əməkdar Rəssam Əsmər Nərimanbəyova atasının xatirəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Sonda mərasim iştirakçıları rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılan əsərləri ilə yaxından tanış olmuşlar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Neftçi” basketbol klubunda baş məşqçi dəyişikliyi ola bilər

Regionda davamlı sülhün qurulması üçün hadisələrə tarixi kontekst çərçivəsində yanaşmaq vacibdir - ŞƏRH

Mayın 11-i "802 Qaynar Xətt"i vətəndaşlara xidmət göstərəcək

“Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” - UNEC-də elmi-praktik konfrans

FAO: Apreldə qlobal ərzaq qiymətləri indeksi artıb

Məhkumlara hüquqi yardım göstərilib

Şəhərsalma ilə bağlı ictimai dinləmənin nəticələri aidiyyəti dövlət qurumlarına təqdim olunacaq

Bolnisidə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü qeyd olunub

Keçmiş məcburi köçkün: Ağdama qayıtmaqla, həm də uşaqlığıma, gəncliyimə qayıtdım

İtaliya Azərbaycanın maraqlarını müdafiə edən əsas dövlətlərdən biridir – ŞƏRH

BDU-da “Azərbaycan” auditoriyası açılıb

AFFA Premyer Liqa və avrokuboklarda iştirak üçün lisenziya verilən klubların siyahısını açıqlayıb

Müasir silahlar, zirehli texnika və yüksək hazırlıqlı şəxsi heyət – Media nümayəndələri Azərbaycan Ordusunun imkanları ilə tanış olublar VİDEO

Xızı rayonunun Fındığan kəndinin sakinləri içməli su ilə təmin olunub

Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda vacib xallar itirib

Tarixçi-alim: Bakının “Qəhrəman şəhər” adına layiq görülməməsi tarixi ədalətsizlikdir

Vahid dövlətlərarası kataloqlaşdırma sisteminin yaradılması məsələlərinə nəzər salınıb

Naxçıvanda Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə aparılıb

Vergi Xidmətinin rəis müavini vətəndaşların müraciətlərini dinləyib

SOCAR: Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursunda milli enerji strategiyası xüsusi yer tutur

“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunın təqdimatı olub

Handpan ifaçısı: İfa etdiyim melodiyaları ərş adlandırıram VİDEO

Handpan ifaçısı: İfa etdiyim melodiyaları ərş adlandırıram VİDEO

Azərbaycandan Türkiyəyə ixrac 786 milyon dollara yaxınlaşıb

“Caspian Agro Week” sərgisində Aqronomların II Beynəlxalq Forumu keçirilib

Yaroslav Kovalçuk: Azərbaycan məhsulları haqlı olaraq yüksək keyfiyyəti ilə seçilir

Müdafiə Nazirliyində media nümayəndələri ilə təlim-treninq təşkil olunub VİDEO

Müdafiə Nazirliyində media nümayəndələri ilə təlim-treninq təşkil olunub VİDEO

“İşləyən və təxsis (bron) edilmiş hərbi vəzifəlilərin sayı haqqında” 6 №-li illik statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 11 dekabr tarixli 51/01 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Marko Rubio: Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar dayanıb

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib

Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib

AzTU ilə İtaliyanın Milano-Bikokka Universiteti əməkdaşlığı genişləndirəcək

Dövlət Sərhəd Xidməti Akademiyasının 15 illik yubiley buraxılışı olub

Qlobal buğda istehsalı bu il 2 faiz azalacaq

Gənc pianoçu Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək

Bolqarıstanda Ümummilli Liderin 103-cü illiyi qeyd edilib

Cənub bölgəsində ekoloji tarazlıq antropogen təsirlər nəticəsində pozulur – tədqiqat

Şəkidə Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirəsi təşkil olunub

DİN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Naxçıvanda futzal üzrə “Heydər Əliyev Kuboku”nda 20 komanda mübarizə aparacaq

Şakira futbol üzrə 2026-cı il dünya çempionatının mahnısının anonsunu edib

AzTU və TAU kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər

İsveçdə uşaqlarda fıstığa olan allergiya hallarını azaltmağın yolu tapılıb

“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” - Forum

“Müasirlik və arxaika”: Elmir Mirzəyevin kitabı folklorşünasların tədqiqat müstəvisində

Samuxda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Türkiyə Prezidenti: “SAHA Expo 2026”da 8 milyard dollarlıq ticarət həcminə nail olunub

Botsvananın sabiq Prezidenti 86 yaşında vəfat edib

ABB İslam maliyyəsi ilə bağlı məhsulunu təqdim etməyə hazırlaşır

ABŞ-nin İran yük gəmisinə endirdiyi zərbə nəticəsində beş dənizçi itkin düşüb

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub

Səfir: Belarus ilə Azərbaycan arasında ərzaq məhsullarının qarşılıqlı tədarükü 1,5 dəfə artıb

Voleybolçularımız Avropa Liqasına necə hazırlaşırlar? – Təlim-məşq toplanışından REPORTAJ

Prezident Kitabxanasında Ulu Öndərin 103 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Bolqarıstanda yeni hökumət formalaşıb

Ədəbiyyat Muzeyində Ümummilli Liderin irsinə elmi baxış

Gürcüstanda hüquq-mühafizə orqanlarının 5 əməldaşı həbs olunub

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob VİDEO

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob VİDEO

Cənubi Qafqazda yeni iqtisadi reallıq: Azərbaycanın enerji siyasəti regionda sabitliyi gücləndirir - AÇIQLAMA

BMT Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edib

Myanmada 2,2 kiloqram ağırlığında yaqut tapılıb

İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium

AZƏRTAC-da Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub

“Əl Ərəbiyə”: Səudiyyə Ərəbistanı hücum hərbi əməliyyatları üçün öz hava məkanından istifadəyə icazə verməyib

Ekspert: Pik saatlarda yüklənmə probleminin azaldılması üçün ictimai nəqliyyat düzgün şaxələndirilməlidir

® “AccessBank” “AmCham” və “Neurotime” süni intellekt hakatonu təşkil edir

Azərbaycan xalqının arxa cəbhədə qələbəyə verdiyi töhfələr misilsizdir - ŞƏRH

Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb

Azərbaycanı U-17 Avropa çempionatında təmsil edəcək güləşçilər bəlli olub

WUF13 öncəsi “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək

Xınalıqda yenə qar yağır - FOTO  VİDEO

Xınalıqda yenə qar yağır - FOTO VİDEO

Bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

“Qarabağ”ın futbolçusuna 8, məşqçisinə 6 oyunluq cəza verilib

Naxçıvanda Ümummilli Liderin doğum gününə həsr olunmuş şahmat turnirinin qalibləri bəlli olub

Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələr investorlar üçün əlverişli biznes mühiti formalaşdırır

® “Expressbank”da Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası

Marko Rubio: ABŞ İrandan bu gün cavab alacağını gözləyir

Türk xalqları folklorunda ortaq komik personajlar - elmi seminar

Qəzzanın bərpası onilliklərlə çəkə bilər: cəmi 1 faiz təmizlik işi aparılıb

“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

Abbas Əraqçi: ABŞ diplomatik həll yoluna deyil, hərbi macəraya üstünlük verir

Qəbələdə keçirilən konfransda Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışılıb

Anaklaudia Rossbax: Azərbaycan WUF13-də həm regionun tərəfdaşlarını bir araya gətirir, həm də öz təcrübəsini ortaya qoyur - MÜSAHİBƏ

Dövlət müəssisələrinin bazar davranışlarının tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb

BƏƏ Müdafiə Nazirliyi: İranın raket və dron hücumları nəticəsində üç nəfər yaralanıb

Veteranlar arasında minifutbol turnirinin qalibləri mükafatlandırılıb

Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb

® “Vistar” Mükəmməllik Mərkəzində ikinci dalğanın “Məzun günü” keçirilib

Şabranda vətəndaşların müraciətləri dinlənilib

Heydər Əliyev və Azərbaycan təbiəti – elmi simpozium

İctimai Birlik sədri: Yağış sularından yaşıllıqların suvarılmasında istifadə edilməsi səmərəli olar

ABŞ iraqlı məmuru İrana sanksiyalardan yayınmağa şərait yaratmaqda ittiham edir

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 395-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Siyəzəndə sahibkarlar dövlətin dəstək mexanizmləri barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib

Veteranlar arasında minifutbol turnirinə yekun vurulub

Türkiyə Müdafiə Nazirliyi “EFES-2026” təlimlərindən yeni kadrları təqdim edib VİDEO

Türkiyə Müdafiə Nazirliyi “EFES-2026” təlimlərindən yeni kadrları təqdim edib VİDEO