Bakıdakı Rus Evində rəsm və heykəltəraşlıq əsərlərinin sərgisi açılacaq
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 10-da Bakıdakı Rus evində “Ravnovesiye” rəsm və heykəltəraşlıq əsərlərinin sərgisi açılacaq.
Bakılı sənətsevərlərin diqqətinə heykəltəraş Vladimir Amodeo və rəssam Alla Şaxmatovanın əsərləri təqdim olunacaq.
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Alla Şaxmatova Samara Dövlət İncəsənət Muzeyinin direktoru, çoxsaylı sərgi, festival, mədəni və təhsil tədbir və proqramların iştirakçısı və təşkilatçısıdır. Vladimir Amodeo isə əsərləri Rusiyanın müxtəlif şəhərləri, o cümlədən Samara, Lipetsk, Tambov, Yaltada geniş təqdim olunan heykəltəraşdır.
Sərgi iyulun 10-da saat 19:00-da açılacaq.
Giriş pulsuzdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]