Bakının hansı yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb? SİYAHI
Bakı, 20 noyabr, AZƏRTAC
Paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda:
1. Afiyəddin Cəlilov küçəsi;
2. Babək prospekti, mərkəz istiqamətində;
3. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
6. Gülarə Qədirbəyova küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.