“BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanıb
Bakı, 28 mart, AZƏRTAC
Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.
BNA sərnişinlərə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edir: “Hörmətli sərnişinlər, yalnız zərurət olduğu halda ictimai nəqliyyatdan istifadə edin”.