BALAKƏNDƏ GƏNCLƏR GÜNÜ ŞƏRƏFİNƏ GÜLƏŞ YARIŞLARI KEÇİRİLMİŞDİR
Balakəndə Gənclər günü münasibətilə keçirilən sərbəst güləş üzrə rayonun açıq birinciliyinə yekun vurulmuşdur. 95 gənc pəhləvanın qatıldığı bu turnirdə yerli idmançılarla yanaşı, Zaqatala rayonunun güləşçiləri də mübarizə aparmışlar.
Rayon Gənclər, İdman və Turizm İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Gənclər günü münasibətilə fevralın 2-də yerlərdə müxtəlif bayram tədbirləri və idman yarışları təşkil edilmişdir. Həmin gün Balakən şəhərində isə gənclərin və rayon ictimaiyyətinin iştirakı ilə “Gənclər Azərbaycanın xoşbəxt gələcəyidir” mövzusunda ədəbi-bədii gecə olmuşdur. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, habelə 2004-cü ildə ümumrespublika və rayon miqyaslı baxış-müsabiqələrdə fərqlənən gənclərə mükafatlar təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]