Balakəndə Ulu Öndərə həsr olunmuş güləş yarışında 220 idmançı mübarizə aparır
Balakən, 17 iyul, Mustafa Dadaşov, AZƏRTAC
İyulun 17-də Balakən Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə açıq rayon birinciliyinə start verilib. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayon sektoru, rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən birincilikdə respublikamızın 11 şəhər və rayonunu təmsil edən 220 güləşçi mübarizə aparır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon Gənclər və İdman Sektorundan məlumat verilib.
Bildirilib ki, iki gün davam edəcək yarışın birinci günü 2008-2009-cu, 2011-2012-ci və 2013-cü il təvəllüdlü 110 sərbəst güləşçi 11 çəki dərəcəsi üzrə mübarizəyə başlayıb. İyulun 18-də isə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.
Yarışın qalibləri diplomlarla mükafatlandırılacaqlar.