Barselonadakı icmamız Tehrandakı səfirliyimizə silahlı hücumu pisləyib
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücum Barselonadakı Azərbaycan icmasını hiddətləndirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Barselona Azərbaycanlıları Cəmiyyətinin, Barselona Azərbaycan Evinin yaydığı bəyanatda ölkəmizin İran İslam Respublikasındakı səfirliyinin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənilib.
Son vaxtlar İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törətməsindən dərin narahatlıq ifadə edən həmvətənlərimiz beynəlxalq ictimaiyyəti ədalətli mövqe tutmağa, regionda sabitliyi pozmağa yönəlmiş cinayət törədənlərin dərhal məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]