Baş Dövlət Yol Polisi İdarəsi: Şaxtalı hava şəraiti yollarda gizli buzlanma ehtimalını artırır
Bakı, 25 fevral, AZƏRTAC
Son günlər ölkəmizdə müşahidə olunan şaxtalı hava şəraiti yollarda gizli buzlanma ehtimalını artırır. Belə vəziyyətdə sürücülər tərəfindən yolun vəziyyəti düzgün qiymətləndirilmir və bu hal yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xüsusilə sürət həddinin aşılması və düzgün ara məsafəsi saxlanılmaması qəza riskini artıran əsas səbəblərdəndir.
Unutmaq olmaz ki, yüksək sürətlə hərəkət edən avtomobilin dayanma məsafəsi artır, bu isə qəfil maneələr qarşısında sürücünün nəzarəti itirməsinə və ağır nəticələrə səbəb ola bilir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri bir daha diqqətli olmağa, müəyyən edilən sürət həddinə ciddi riayət etməyə, hərəkət zamanı ara məsafəsini düzgün seçməyə və təhlükəli manevrlərdən çəkinməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini düşünməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:59]
Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
- 30.09.2026 [14:07]
ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb
- 30.09.2026 [13:44]
Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb
- 30.09.2026 [13:16]
NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO
- 30.09.2026 [12:43]
Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir
- 30.09.2026 [12:41]