BAŞ MƏŞQÇİNİN MƏTBUAT KONFRANSI
Məşqçi iki həftə öncə Xorvatiyada keçirilmiş Avropa çempionatında voleybolçu qızlarımızın 4–cü yer tutmalarının səbəblərindən, oyun təəssüratlarından danışmış, komandamızın mükafata layiq yer qazanmamasına baxmayaraq, bunu Azərbaycanın voleybol tarixində uğurlu nəticə kimi qiymətləndirmişdir. Voleybolçularımızın il ərzində bir neçə gərgin oyun keçirdiklərini diqqətə çatdıran məşqçi qarşıda daha məsul yarışların olduğunu qeyd etmişdir.
Oktyabrın 18-də Avropa çempionlar liqasının oyunlarına start veriləcəkdir. “Azərreyl”in ilk görüşü Bakı İdman Sarayında Türkiyə çempionu “Vakifbank” komandası ilə olacaqdır. Avropa çempionlar liqasının kuboku uğrunda oyunlarda voleybol həvəskarlarına yenə də sevincli anlar bəxş olunacağını vəd edən F.Qarayev, komandamızın daha çox 2006-cı ildə Yaponiyada keçiriləcək Dünya çempionatının final oyunlarına və İtaliyada olacaq “Qran-pri” yarışlarına hazırlaşdığını bildirmişdir.
Son dörd ildə əldə olunmuş uğurlardan danışan məşqçi tezliklə milli yığma komandanın heyətinə peşəkar gənclərin cəlb ediləcəyini də söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]