Basketbol Liqası: “NTD” və “Gəncə” klubları 24-cü turun qalibidirlər
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 5-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 24-cü turunun iki oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk oyununda region təmsilçisi "Zirvə Astara" paytaxt klubu "NTD" ilə üz-üzə gəlib. "NTD" basketbolçuları bu oyunda 112-92 hesablı qələbə qazanaraq ilk pilləyə yüksəliblər. Ən məhsuldar basketbolçular: "Zirvə Astara BK" (Darin Conson - 30 xal, 6 ribaund), "NTD BK" (Brayson Robinson - 17 xal, 8 asist).
Turun bağlanış oyunu "AAAF Xırdalan" və "Gəncə" basketbolçuları arasında olub. Bu vacib oyunda 94-83 hesablı qələbə qazanan "Gəncə" komandası liderləri izləməyi davam etdirir. Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" (Deymon Makdouel - 21 xal, 4 ribaund), "Gəncə BK" (Amil Həmzəyev - 24 xal, 6 ribaund).