BASKETBOL ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATININ PLEY-OFF MƏRHƏLƏSİNDƏ İŞTİRAK EDƏCƏK KOMANDALAR MÜƏYYƏNLƏŞMİŞDİR
Bakı, 10 mart (AZƏRTAC). Kişilər arasında basketbol üzrə Azərbaycan çempionatında 2-ci dövrənin 6 turu oynanılmışdır. Bu turda “AzTU” komandası oyuna tam heyətlə gəlmədiyi üçün oyun 0:20 “Qala” komandasının hesabına yazılmışdır. “Xəzər” komandası “Aki İnter”-ə 39:71 hesabı ilə məğlub olmuşdur. “Araz” isə “Kəpəz” komandası üzərində böyük hesabla qələbə qazanmışdır 101:43.
6 turdan sonra “Qala” komandası 22 xalla turnir cədvəlinə liderlik edir. “Araz” 21 xalla 2-ci, “Aki İnter” 18 xalla 3-cü, “AzTOP” komandası isə 17 xalla 4-cü yerlərdə qərarlaşmışlar.
Martın 28-də kişilər arasında ölkə çempionatını pley-off mərhələsində “Qala”, “Araz”, “Aki İnter” və “AzTOP” komandaları iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]