“Bavariya” Bundesliqanın qalibi olub
Bakı, 9 may, Elşad Qəzvini, AZƏRTAC
Münxenin “Bavariya” futbol klubu 2015/2016 futbol mövsümünün başa çatmasına bir tur qalmış artıq çempionluğunu elan edib.
AZƏRTAC xəbər verir ki, bu, Bundesliqanın 33-cü turunda “İnqolştadt” komandası ilə (1:2) oyunda rəsmiləşib. Sözügedən turda münxenlilərin ən yaxın izləyicisi “Borussiya Dortmund” klubunun paralel qarşılaşmada uduzması da “Bavariya”nın (85 xal) vaxtından əvvəl Bundesliqa qalibi olmasını təmin edib.
Bundesliqa tarixində 26-cı çempionluğunu qeyd edən Münxen təmsilçisi ardıcıl dörd dəfə bu titulu qazanmaqla daha bir ilkə imza atıb. Almaniyanın ən titullu komandası yeni rekord da müəyyənləşdirib. Əvvəlki mövsümlərdə qeydə alınmış 25 qələbə sayı bu dəfə 27 olub.