Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi keçirilib

Bakı, 18 avqust, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə avqust ayı Azərbaycanda “Ərəb dili ayı” elan olunub. Bakı Dövlət Universitetində (BDU) “Ərəb dili ayı”nın rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığının Dövlət himnləri səsləndirilib.

Bakı Avrasiya Universitetinin Ərəbşünaslıq Mərkəzinin direktoru dosent Ülviyyə Hüseynova “Ərəb dili ayı”nın məqsədi, əhəmiyyəti və tədbirin proqramı barədə məlumat verib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında ərəb dilinin dünyanın ən qədim və zəngin dillərindən biri olduğunu, əsrlər boyu Şərq və Qərb arasında elmin, ədəbiyyatın və mədəniyyətin körpüsü kimi bəşər sivilizasiyasının inkişafında mühüm rol oynadığını bildirib. Rektor qeyd edib ki, Azərbaycan xalqının ərəb dili ilə əlaqəsi qədim tarixə dayanır. İslam dünyası ilə mədəni, dini və elmi münasibətlərimizin əsas sütunlarından biri məhz ərəb dilidir. Əsrlər boyu Azərbaycan alimləri bu dil vasitəsilə böyük İslam mədəniyyətinə qoşulub, öz elmi irsini ərəb dünyasına təqdim ediblər. Bu missiyanın ən böyük daşıyıcılarından biri BDU və onun Şərqşünaslıq fakültəsidir. Professorlar Ələsgər Məmmədov, Rəhim Sultanov, Həsən Mahmudov, Mübariz Əlizadə, Aida İmanquliyeva, akademik Vasim Məmmədəliyev və bir çox başqa görkəmli şəxsiyyətlər ərəb dili və ədəbiyyatının Azərbaycanda öyrənilməsi və tədrisinin əsas sütunlarını yaradıblar. Bu ənənəni davam etdirən müasir alimlərimiz var. Onların elmi fəaliyyəti nəticəsində Azərbaycan şərqşünaslığı dünya elminin ayrılmaz hissəsinə çevrilib: “Azərbaycan ərəbşünaslıq məktəbinin formalaşmasında böyük rolu olan alimlərin zəngin elmi irsi bu gün də gənc tədqiqatçılar üçün örnəkdir. BDU-nun Ərəb filologiyası kafedrası Şərqşünaslıq fakültəsinin əsas tədris və elmi-tədqiqat mərkəzlərindən biridir. Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası ilə mümkün əməkdaşlıq layihələri universitetin tədris və tədqiqat imkanlarını daha da zənginləşdirə və gənclərimiz üçün yeni perspektivlər aça bilər. Son illərdə Bakı Dövlət Universiteti ərəb dünyasının bir sıra ölkələri ilə əməkdaşlıq əlaqələrini gücləndirib. Bir sıra ərəb ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşlər keçirilib, yeni layihələr müzakirə olunub. BDU-da ərəb dilinin tədrisini inkişaf etdirmək və ərəb dünyası ilə əlaqələri gücləndirmək üçün ardıcıl addımlar atılır. Əminik ki, bu fəaliyyət gənclərimizin elmi və peşəkar inkişafına, ölkələrimiz arasında qarşılıqlı dostluq və əməkdaşlıq körpüsünün daha da möhkəmlənməsinə xidmət edəcək”.

Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru Abdullah bin Saleh əl-Vaşmi Azərbaycan ilə ərəb dünyası arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Bakı Dövlət Universitetində “Ərəb dili ayı”nın keçirilməsi yalnız elmi-mədəni hadisə deyil, həm də ölkələr arasında strateji tərəfdaşlığın dərinləşməsi üçün yeni imkanlar açır.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfiri İssam bin Saleh əl-Cuteyli bildirib ki, ərəb dili bütün dövrlərdə bəşəriyyətin ən qədim və mühüm dillərindən biri sayılıb. Ərəb dili 1973-cü ildən BMT Baş Assambleyasının rəsmi dillərindən biridir. Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası ərəb dilinin qorunması, inkişafı istiqamətində mühüm işlər görməkdədir. Kral Salman Beynəlxalq Ərəb Dili Akademiyasının təşkil, Bakı Dövlət Universiteti ilə Bakı Avrasiya Universitetinin ev sahibliyi etdiyi “Ərəb dili ayı” Səudiyyə Ərəbistanının ərəb dilinə göstərdiyi diqqətin, onun müxtəlif xalqlara tanıdılmasının açıq göstəricisidir. Orta əsrlərdə Azərbaycan alimləri, ədibləri və şairləri ərəb dilində dəyərli əsərlər yazaraq İslam mədəniyyətinin zənginləşməsinə böyük töhfə veriblər: “Sevindirici haldır ki, bu gün də Azərbaycanda ərəb dilinə böyük maraq var. Hazırda ölkədə 10 ümumtəhsil məktəbində və 6 nüfuzlu universitetdə ərəb dili tədris olunur. Biz inanırıq ki, ərəb dili mədəniyyətlər və xalqlar arasında körpü rolunu davam etdirəcək, ölkələrimiz və xalqlarımız arasında yaxınlaşmanı gücləndirəcək”.

Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov Azərbaycanda “Ərəb dili ayı”nın keçirilməsinin dil və mədəniyyətlərarası əlaqələrin inkişafına xidmət edən, təhsil və elmi əməkdaşlıq üçün yeni imkanlar açan əlamətdar bir hadisə olduğunu deyib. O bildirib ki, belə bir ayın təşkili ərəb dilinin respublikamızda yayılmasına, öyrənilməsinə və əsrlərlə formalaşmış mədəni irsimizin qorunmasına dəstəkdir: “Ərəb dilinin öyrənilməsi və tədrisi həm tarixi-mədəni irsimizin qorunması, həm də beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə atılan addımların daha da genişlənəcəyinə və yeni əməkdaşlıq imkanları yaradacağına inanırıq”.

Sonra Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası haqqında tanıtım videosunun təqdimatı, Akademiyanın Əbcəd mərkəzində təhsil alan azərbaycanlı məzunların çıxışları olub.

Mərasimdə “Ərəb dili ayı”nın ilk iki həftəsində keçirilən ərəb dili üzrə şeir, qiraət və inşa müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Daha sonra “Ərəb dilinə dair 100 sual” kitabının təqdimatı və Azərbaycanda ərəb dilinin vəziyyəti ilə bağlı hesabat dinlənilib. Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası haqqında tanıtım guşəsinə baxış keçirilib.

Mərasimin sonunda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii proqram nümayiş olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq