BDU-da konfrans: İşğaldan azad olunmuş ərazilərdə davamlı inkişafın coğrafi problemləri
Bakı, 26 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində davamlı inkişafın coğrafi problemləri” mövzusunda onlayn formatda respublika elmi-praktik konfransı keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova mövzunun əhəmiyyətini diqqətə çatdırıb.
Ş.Məmmədova Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunduğunu söyləyib, Vətən müharibəsində qazandığımız Böyük Zəfərin ölkəmizin inkişafı üçün perspektiv imkanlar yaratdığını qeyd edib.
Plenar iclasda çıxış edən alimlər işğaldan azad olunmuş ərazilərin davamlı inkişafı, geoməkan təminatı, demoqrafik inkişaf yolları, hidrometeoroloji və ekoloji problemləri, iqtisadi-coğrafi hədəfləri, turizm-rekreasiya perspektivlərindən danışıblar.
Konfrans bölmə iclasları ilə davam edib.