BDU ilə Qazaxıstanın Almatı Humanitar-İqtisadiyyat Universiteti ilə anlaşma memorandumu imzalanıb
Bakı, 2 aprel, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın Almatı Humanitar-İqtisadiyyat Universiteti arasında anlaşma memorandumu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, memorandumda hər iki universitetin nəzdində olan fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Bu sənəddə, həmçinin elmi jurnallarda birgə nəşrlərin, ortaq akademik proqramlar, tədris planları və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər öz əksini tapıb.
Anlaşma memorandumunu BDU-nun rektoru Elçin Babayev və Almatı Humanitar-İqtisadiyyat Universitetinin rektoru Valeriy Korvyakov imzalayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]
Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb
- 11.06.2026 [16:23]
Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları
- 11.06.2026 [15:51]
BMU-da Milli Qurtuluş Günü qeyd olunub
- 11.06.2026 [15:37]