BDU tələbələri arasında “Qarabağa bahar gəldi” adlı rəsm müsabiqəsi elan edilib
Bakı, 4 mart, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Novruz bayramına həsr olunmuş “Qarabağa bahar gəldi” adlı
rəsm müsabiqəsi elan edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər martın 15-dək Novruz bayramı mövzusunda rəsm əsərlərini BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinə təqdim etməlidirlər.
Müsabiqədə yalnız BDU-nun bakalavriat və magistratura tələbələri iştirak edə bilərlər. Təqdim olunmuş materiallar Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblər BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Müsabiqəyə A3 formatında və ya daha böyük, yağlı boya, akvarel ilə çəkilmiş rəsm əsərləri qəbul ediləcək.
Əlavə məlumat üçün +994125390364 nömrəsi ilə əlaqə saxlaya və ya Mədəniyyət-Yaradıcılıq Mərkəzinə yaxınlaşmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [19:41]
YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib
- 14.10.2026 [18:00]
Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
- 14.10.2026 [17:25]
BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş
- 14.10.2026 [17:14]
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
- 14.10.2026 [17:10]