BDYPİ: Skuter sürücüləri velosiped zolağı və ya yolun sağ tərəfi ilə hərəkət etməlidirlər
Bakı, 8 avqust, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “1 sual – 1 cavab” maarifləndirici rubrikasında bu dəfə vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında skuterlərdən istifadə qaydaları mövzusu gündəmə gətirilib.
Bu barədə AZƏRTAC-a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, qanunvericiliyə əsasən, skuter sürücüləri yalnız velosiped zolağı mövcuddursa həmin zolaqla, əks halda isə yolun sağ tərəfi ilə hərəkət etməlidirlər.