BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA ÇEMPİONATINDA İKİ MEDAL DƏSTİ ƏN LAYİQLİLƏRƏ TƏQDİM EDİLMİŞDİR
İplə hərəkətlərdə topladıqları balların cəminə görə ilk səkkizliyə düşən ən güclü idmançılar arasında ölkəmizi Anna Qurbanova təmsil etmişdir. Yarışın nəticələrinə görə, rusiyalı Olqa Kapranova birinci yeri tutmuşdur. Belaruslu Anna Bessonova ikinci, Rusiya gimnastı İrina Çaşşina isə üçüncü yerə layiq görülmüşlər. Anna Qurbanova bu növdə yalnız yeddinci ola bilmişdir.
Daha sonra topla hərəkətlərdə final yarışları keçirilmişdir. Olqa Kapranova bu növdə də fərqlənərək, dünya çempionatının ikinci qızıl medalına layiq görülmüşdür. Ondan bir qədər zəif çıxış edən Anna Bessonova ikinci yeri tutmuşdur. Belarus idmançısı İnna Jukova isə bürünc medalla mükafatlandırılmışdır. Həmin növdə daha inamlı təsir bağışlayan təmsilçimiz Anna Qurbanova bu dəfə altıncı yeri tutmuşdur.
Qaliblərə medalları Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev və nazir müavini Asif Əsgərov təqdim etmişlər.
Yarışlar oktyabrın 6-da gürz və lent üzrə hərəkətlərlə davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [17:25]