BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA KUBOKUNUN MƏRHƏLƏ YARIŞI BAŞA ÇATDI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, çoxnövçülük üzrə qızıl medala rusiyalı idmançı Alina Kabayeva, gümüş medala qazaxıstanlı Aliyə Yusupova, bürünc medala isə Olqa Kapranova (Rusiya) layiq görüldülər.
Azərbaycan gimnastları da uğurla çıxış etdilər. Dinara Gimatova dördüncü, Anna Qurbanova isə səkkizinci yeri tutdular.
Azərbaycan Gimnastika Federasiyasının xüsusi kuboku yarışın ən yaxşı idmançısına – Alina Kabayevaya təqdim olundu.
Beynəlxalq Gimnastika Federasiyası baş katibinin müavini Andre Qaysbuhler yarışın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Milli Olimpiya Komitəsinə, Azərbaycan Gimnastika Federasiyasına təşəkkürünü bildirdi və Federasiyanın vitse-prezidenti Altay Həsənova beynəlxalq federasiyanın vımpelini təqdim etdi.
Yarış başa çatdıqsan sonra idmançıların nümunəvi çıxışları oldu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]